Parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi müxalifətçi qadın deputatların etirazı fonunda gender kvotasının ləğvini dəstəkləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mübahisəli qanun layihəsini onun müəlliflərindən biri, “Qirçi”nin üzvü Aleksandr Rakviaşvili təqdim edib və o, kvota mexanizmini “zərərli ideya” adlandırıb və “imtiyazların” ləğv edilməsinin lazım olduğunu bildirib.
“Kvota süni şəkildə qadınların seçki siyahılarında olmasını tələb edir. Məzmun baxımından, məncə, bu, təhqiredici bir qaydadır. Birincisi, bu, qadınların kişilərlə rəqabət aparmaq üçün kifayət qədər bacarıq və biliyə malik olmadığını və bərabər şərtlərdə, kvota olmadan siyasətdə uğurlu karyera əldə edə bilməyəcəyini nəzərdə tutur. İkincisi, faktlarla ziddiyyət təşkil edir. Nədir nədir, qadınların heç bir problemi olmadığı ilə fəxr edək deyə, bütün cəmiyyətə dedik ki, biz qadınlara zülm edirik. Xatırladırıq ki, hazırkı prezident qadındır, Nino Burcanadze parlamentin sədri olub və prezident respublikasında prezidentin vəzifələrini icra edib. Nazirlər, komitə sədrləri, parlament deputatları... qadınlar kvotasız da siyasətdə var idiliər”, - Rakviaşvili bildirib.
“Lelo”nun üzvü Ana Natsvlişvilinin sözlərinə görə, qanun layihəsinin qəbulu “Gürcü Arzusu”nun maraqlarına uyğundur və “Qirçi” ona “bu çox pis oyunu oynamağa” kömək edir. Natsvlişvili hesab edir ki, hakim partiya əvvəlki parlament seçkilərində majoritar namizəd kimi iştirak etmiş “yerli feodal kişilər” üçün seçki siyahısında yer tapmağa çalışır. 2024-cü ildə parlament seçkiləri üçün majoritar seçki sistemi ləğv ediləcək.
“Aydındır ki, əslində məqsəd yerli feodallara siyahıda yer ayırmaqdır, əks halda onların özlərinə yer tapa bilməyəcəklər. Rus qanunu “Xalq Gücü”nə yox, “Gürcü Arzusu”na məxsus idi, lakin onların adı ilə qeydiyyatdan keçirilmişdi və biz bu gün də oxşar tamaşanı izləyirik”, - Natsvilişvili qeyd edib.
Deputat Xatia Dekanoidze bələdiyyə şuralarına qadınların seçilməsinə diqqət çəkib. Onun sözlərinə görə, regionlarda qadınlar ailədə və cəmiyyətdə böyük problemlər aşmalı olurlar.
O, “Qirçi” üzvlərinə müraciət edərək, “sizi az-çox ciddi adamlar hesab edirdim, məlum oldu ki, siz sadəcə bazarlıq adamlarısınız” deyib.
“Qadınlar tez-tez bölgələrdə və yerli nümayəndəliklərdə problemlərlə üzləşirlər. Onların bəzilərinin nəinki bələdiyyə şurasına seçilmək, heç təhsil və işləmək hüquqları da yoxdur. Nazirlərdən söz düşmüşkən, hökumətdə neçə qadın nazir var? Bildiiyim qədərilə iki. Elə bir prezidentimiz var ki, o da kişilərin qərarı ilə prezident olub”.
“Bu gün nə oldu? Nə kimi tərəqiniz var? Sizdə qadınların iştirakı ilə bağlı hər hansı ölçü varmı? Qadınların siyasətdə iştirakı artıbmı? Bu qanun layihəsini hansı arqumentlərlə dəstəkləyirsiniz?”, - deyə müstəqil deputat Tamar Kordzaia “Gürcü Arzusu”na müraciət edib.
Komitənin iclasında hüquq müdafiəçiləri də iştirak edib. “Safari” təşkilatının icraçı direktoru Baia Pataraia qadın deputatların yalnız kvota mexanizminin tətbiqindən sonra bəzi şəhər şuralarına daxil olduğunu bildirib.
“Bizi inandırırsınız ki, qadınlar şuralara və parlamentə səriştəsizliyə və savadsızlığa görə düşə bilmirlər? Səbəb budur, yoxsa milyonçu kişilərin əksəriyyətinin kənarda qalması və onları parlamentə gətirmək üçün qadınları parlamentdən qovmaq”, - deyən Pataraia, gender kvotasının ləğvinin Gürcüstanı yenidən Avropaya inteqrasiya yolunda gerilədəcəyini bildirib.
Komitənin sədri Rati İonatamişvilinin sözlərinə görə, “Gürcü Arzusu”nun tənqidlərə cavabı partiyanın parlament seçkiləri öncəsi təqdim edəcəyi seçki siyahısı olacaq.
2020-ci ildə hakim partiyanın dəstəyi ilə seçki məcəlləsinə dəyişiklik edilib ki, obu maddəyə əsasən, partiyalar 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri və 2028-ci ilə qədər keçiriləcək növbəti parlament seçkiləri üçün partiya siyahısını elə tərtib etməlidirlər ki, hər dörd siyahının birində ən azı bir qadın olmalıdır. “Gürcü arzusu”nun təşəbbüsü ilə 2023-cü ilin fevralında gender kvotası qaydası 2032-ci ilə qədər uzadılıb. Gender kvotaları bələdiyyə şuralarına da şamil edilir. O cümlədən, 2032-ci ilə qədər bələdiyyə orqanlarına keçiriləcək ümumi seçkilərdə partiya siyahısında olan üç namizəddən ən azı biri qadın olmalıdır.
Parlament “Qirçi”nin qanun layihəsinə sürətləndirilmiş qaydada baxacaq. Gürcüstanın Xalq Müdafiəçisi gender kvotasının ləğvini mənfi qiymətləndirir. Levan İoseliani bildirir ki, bu mexanizm qadınlara verilən imtiyaz deyil, qadınlara qarşı ayrı-seçkilikçi münasibətlərin aradan qaldırılması, stereotiplərlə mübarizə və beynəlxalq aləmdə götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün mühüm vasitədir.