İnternetdə Nika Meliyanın gizli səs yazısı yayılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Vahid Milli Hərəkat”ın sədr seçkilərinə bir neçə gün qalmış internetdə partiyanın sədri Nika Meliyanın həqiqiliyi təsdiqlənməmiş gizli səs yazısı yayılıb. Səs yazısında 2021-ci il yerli özünüidarə seçkiləri öncəsi keçmiş Prezidenti Mixail Saakaşvili haqqında danışılır.

“Onun mənə dediklərini sənə deyəcəyəm. Sən parlamentə girsən… zəng eləmişdi tip, heç soruşmayıb, nə fikirləşirəm… əgər parlamentə girsən, heç vaxt mənim namizədim ola bilməyəcəksən. Mən dedim ki, neçə min adam istəyirsiniz Tbilisiyə gələndə sizi qarşılamağa və hələ də susubdur… eləmi zənn edirsiniz, indi buna görə partiyadayam, nə şantaj edirsiniz məni. Bu boyda adamsınız, yaraşmır sizə, üstəlik bunu mənə etməyiniz yaraşmır, bundan xilas olanmayacaqsınız dedim”. - bu sözlərlə birlikdə, gizli səs yazısı söyüşlər də ehtiva edir.

Mixail Saakaşvilinin bəzi tərəfdarları sosial şəbəkələrdə gizli səs yazısını paylaşır və Melianı tənqid edirlər. Bu ayın sonunda “Milli Hərəkat”ın sədr seçkilərində iştirak edəcək Nika Melia səs yazısının yayılmasına fikir bildirməyib. 

2022-ci il dekabrın 14-də “Milli Hərəkat”ın liderlərindən biri Eka Sarkeulidze “Pirveli” telekanalının efirində ona “uydurma” səs yazısının dinlədildiyini orada sanki Melianın “xoşagəlməz terminologiya ilə, Mixail Saakaşvili haqqında danışdığını” demişdi. Sarkeulidze qeyd edib ki, səsyazmada “bir-birinə birləşdirilmiş 4 hissə var”. 15 dekabr tarixində Melia belə bir səs yazısının olduğunu təsdiqlədi və dedi:

“Bu ölkədə hakimiyyətin, hakimiyyətdə olan adamların, hansılar ki, onlar üçün gizli nəzarət, izləmə, sonra şantaj, alçaldma norma halını alıb, hazırlığı olmadan heç nə baş vermir.

O qədər alçaq, əxlaqsız davranışdır ki, bu haqda danışmaq belə istəmirəm. Hökumət bunu müxtəlif adamların əli ilə bir dəfə, iki dəfə, üç dəfə edib? Bəzi gizli yazıları özünə rəhbər tutan və tuta bilən hər kəsə yazığım gəlir. Bu dəhşətlidir, bu qəbuledilməzdir”.

“Milli Hərəkat”ın sədri seçkiləri 2023-cü il yanvarın 28-29-da “blokçeyn” sistemi ilə keçiriləcək. Hazırda müxalifət partiyasının sədrliyinə namizədlər Nika Melia, Levan Xabeişvili, “Gürcüstan Uğrunda Hərəkat”ın fəalı Giorgi Mumladze və “Milli Hərəkat”ın keçmiş üzvü Nona Mamulaşvilidir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur