İoseb Babayevə qarşı ittiham irəli sürülüb, o, qanunsuz avtomat əldə etmək, saxlamaq və gəzdirməkdə ittiham olunur

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mülki fəal və iş adamı İoseb Babayev Şida Kartli Polis İdarəsində Cinayət Məcəlləsinin 236-cı maddəsinin qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan 3-cü və 4-cü hissələri ilə ittiham olunur ki, bu da 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İoseb Babayevə qarşı ittiham irəli sürülüb, o, qanunsuz avtomat əldə etmək, saxlamaq və gəzdirməkdə ittiham olunurApellyasiya Məhkəməsinin iki həftə əvvəl polisin onun avtomobilində axtarış aparması və avtomatik odlu silahı ələ keçirməsi barədə qərarı qanuni hesab etdikdən sonra Babayevə qarşı ittiham irəli sürülüb.

“İttiham yalnız avtomat odlu silahı hissəsində irəli sürülüb ki, hətta Apellyasiya Məhkəməsi də şəxsi axtarış və tapançanın götürülməsinin qanunsuz olduğunu müəyyən edib. Təbii ki, həm şəxsi, həm də nəqliyyat vasitəsinə baxış zamanı İoseb Babayevin üzərinə silah qoyulub.

Bu gün müstəntiq bizə əməliyyat-axtarış tədbirlərində iştirak etməyi və tüpürcək nümunəsi götürməyi təklif etdi, istintaqa etibar etmədiyimiz üçün ondan imtina etdik. İoseb Babayev bildirir ki, həbs zamanı onun bioloji materialı polis tərəfindən qeyri-qanuni yolla əldə edilib və onun avtomatik odlu silahın üzərinə qoyulması ehtimalı var. Ona görə də biz istintaqda iştirakdan imtina etdik”, – vəkil Aleksi Merebaşvili “Gürcüstan Xəbərləri”nə bildirib.

Prokurorluq İoseb Babayev barəsində həbs-qətimkan tədbirinin tətbiqi üçün 48 saat ərzində məhkəməyə müraciət etməlidir. Müdafiə tərəfi hesab edir ki, nə həbs, nə də girov üçün əsas yoxdur.

“Bu bir ay ərzində İoseb Babayev gizlənmədi. Şahidlərə də təsir edə bilməz, çünki şahidlər polisdir. “Cinayət”in yenidən törədilməsindən danışmağa ehtiyac yoxdur. Məhkəmə prosesinin başlamasını gözləyəcəyik. Biz əminik ki, müsbət hökm çıxarılacaq”, - Aleksi Merebaşvili deyir.

İoseb Babayev ona qarşı irəli sürülən ittihamı siyasi qisas kimi qiymətləndirir: “Sizə tapançanı qanunsuz, avtomatı isə qanuni şəkildə qoymuşuq deyirlər. Özləri maşına qoyduqları avtomatı üstümə atırlar. Bu, siyasi qisasdır, bu, Gürcüstanda rus terrorudur. Onlar tənqidi düşünən insanları, avropapərəstləri, azad insanları sevmirlər və hər hansı yolla onları susdurmaq istəyirlər”, - Babayev deyir.

Qoridə “Resto Bar”ın sahibi olan və rus qanunu əleyhinə hərəkətlərdə fəal iştirak edən İoseb Babayev bir ay əvvəl, iyunun 4-də Cinayət Məcəlləsinin qanunsuz silah almaq, saxlama və gəzdirməni nəzərdə tutan 236-cı maddəsi əsasında saxlanılıb. Prokurorluq daha ona ittiham irəli sürə bilməyib, çünki iki günlük saxlanılmadan sonra Qori Rayon Məhkəməsinin hakimi Levan Darbaidze polisin apardığı bütün istintaq hərəkətlərini qanunsuz və Babayevin avtomobilindən götürüldüyü iddia edilən silahı yolverilməz sübut hesab edib. Babayev iyunun 6-da müvəqqəti saxlama təcridxanasını tərk edib.

İyunun 14-də Tbilisi Apellyasiya Məhkəməsinin hakimi Davit Axalbedaşvili hakim Levan Darbaidzenin qərarını qismən dəyişərək avtomobildə axtarış aparılmasını qanuni hesab edib. Prokurorluq birinci instansiya məhkəməsinin qərarının tamamilə ləğv edilməsini istəyib.

İoseb Babav Xüsusi İstintaq Xidmətinə onun dediyinə görə silahı yerləşdirən və ifadələrinə görə iki gün qanunsuz həbsdə olan polislərin məsuliyyətə cəlb edilməsi xahişi ilə müraciət edib. Müstəntiqlər İoseb Babayevi dindiriblər, lakin indiyədək ona zərərçəkmiş şəxs statusu verməyiblər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur