İrakli Beraia Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Baş nazir İrakli Kobaxidze İrakli Beraianı Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə təyin edib. Beraia bundan əvvəl Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri olub.

İrakli Beraia 2016-cı ildə “Gürcü Arzusu” partiyasından parlamentə deputat seçilib. 2015-2016-cı illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya-analitik şöbəsinin müdiri, 2012-2015-ci illərdə isə Daxili İşlər Nazirliyinin İslahatlar və İnkişaf İdarəsinin direktoru vəzifələrində çalışıb. 2012-ci ildə İrakli Beraia Sameqrelo-Zemo Svanetidə “Gürcü Arzusu”nun koordinatoru olub.

İrakli Beraia Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində aprelin 3-də baş nazir tərəfindən vəzifədən azad edilməsi barədə əmr verilən kəşfiyyat general-mayoru Şalva Lomidzeni əvəz edib.

“İrakli Beraianın kəşfiyyat xidmətində nə müvafiq təhsili, nə də müvafiq təcrübəsi var. Parlamentdə o, ancaq xüsusi xidmət orqanlarının vəzifələrini yerinə yetirirdi və “Gürcü Arzusu”na sadiq idi. Onun bu sahədə başqa səriştəsi yox idi. Ölkənin təhlükəsizliyinin çoxlu problemlərlə üzləşdiyi bir vaxtda bu, bizim kəşfiyyat xidmətimiz üçün fəlakətdir.

“Görünür, İrakli Kobaxidze 2014-cü ildən kəşfiyyat xidmətində çalışan peşəkar [Şalva Lomidze – red.] əvəzinə öz itaətkar adamını seçib”, - deyə Beraianın Müdafiə və Təhlükəsizlik Komitəsində müavini olmuş deputat Teona Akubardiya bildirib.

Gürcüstanın Kəşfiyyat Xidməti ölkədə əsas kəşfiyyat qurumudur və onun rəhbəri isə baş nazirin kəşfiyyat məsələləri üzrə müşaviridir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur