Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu gün, yanvarın 29-da hökumət administrasiyasında keçirdiyi brifinqdə istefa verdiyini açıqlayıb. Ğaribaşvili hakim partiyanın yeni sədri olacaq. Onun sözlərinə görə, payızda parlament seçkiləri var və “Gürcü Arzusu” inamlı qələbəyə hazırlaşmalıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu gün mən baş nazir postunu tərk edirəm. Bu qərarın səbəblərini qısa, lakin aydın şəkildə izah edim. Bu yaxınlarda, keçən ilin sonunda mən üç illik fəaliyyətimlə bağlı geniş hesabatı ictimaiyyətə təqdim etdim. Bildiyiniz kimi, mən ən çətin dövrdə, daxili və beynəlxalq siyasi, iqtisadi və sosial böhranlar şəraitində ikinci müddətə hökumət başçısı vəzifəsində işləməyə başladım. Mən ölkəmizə açıq-aşkar xidmət etdim, ölkəmizin, xalqımızın mənafeyini barışmaz şəkildə müdafiə etdim və bu müddətdə komanda ilə əldə etdiyimiz nəticələrlə qürür duyuram.
“Gürcü Arzusu”nun idarəçilik dövründə iki dəfə bu ən yüksək vəzifədə işləməli oldum. Mən ən uzun müddət, 5 il Gürcüstanın baş naziri olmuşam. Siyasi komandamızın gücünü göstərən əsas amillərdən biri daxili demokratiyadır ki, bunun ən bariz təzahürü rotasiya prinsipidir. Komandada çoxlu uğurlu liderlər var və başqalarına da fürsət vermək lazımdır. Xüsusən də indidən qarşımızda yeni vəzifələr dayanır. Biz payızda yeni parlament seçəcəyik və “Gürcü Arzusu” başqa, daha böyük məqsədlərə çatmaq üçün irəliləməyə davam etmək üçün seçkilərdə inandırıcı şəkildə qalib gəlməyə hazırlaşmalıdır”, – Ğaribaşvili bildirib.
İrakli Ğaribaşvilinin izahatına görə, o, partiyanın siyasi şurasından “Gürcü Arzusu”na sədrlik təklifi alıb. O, fevralın 1-nə təyin edilən qurultayda sədr seçiləcək.
“Bunu sizdən gizlətməyəcəyəm, mən siyasi şurada yayda seçki kampaniyası başlayana qədər qalmaq imkanını müzakirə etmişdim, amma indi bu qərarı verməyi seçdim. Növbəti baş nazirin vaxtında öz komandasını təqdim etməsi və yeni hökuməti formalaşdırması vacibdir. Yeni baş nazirə uğurlar arzulayıram. Partiyada fəaliyyətimi davam etdirmək, seçki prosesində, ümumiyyətlə, ölkəmizin inkişafında fəal iştirak etmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Baş nazirlik etdiyim dövrdə göstərdikləri böyük dəstəyə görə partiyamızın qurucusu və fəxri sədri cənab Bidzina İvanişviliyə, partiyanın və parlamentin rəhbərliyinə və üzvlərinə, nazirliklərin rəhbərlərinə və hər bir işçiyə, hökumət aparatının əməkdaşlarına, bütün dövlət qulluqçularına təşəkkürümü bildirirəm.
Həyat yoldaşıma, övladlarıma və valideynlərimə dəstək olduqları üçün təşəkkür edirəm. Ümid edirəm ki, indi ailəmlə daha çox vaxt keçirmək imkanım olacaq.
Vətənimizə sülh, firavanlıq, birlik arzulayıram. Tanrı bizi qorusun!” – deyə İrakli Ğaribaşvili bildirib.
İrakli Ğaribaşvilinin istefası barədə məlumatı dünən, yanvarın 28-də “Pirveli” telekanalı, bu gün isə “İmedi” yayıb. Sonuncunun məlumatına görə, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin partiyasının baş nazir postuna “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidzeni namizəd kimi təqdim ediləcək.
Konstitusiyaya əsasən, İrakli Ğaribaşvilinin istefası ilə baş nazir səlahiyyətlərinə xitam verilib və hökumət yeni baş nazir təyin olunana qədər öz vəzifələrini yerinə yetirməkdə davam edir. Parlament iki həftə ərzində “Gürcü Arzusu”nun irəli sürdüyü baş nazir namizədinin irəli sürdüyü hakimiyyətə etimad göstərməlidir.
İrakli Ğaribaşvili 2021-ci il fevralın 22-dən baş nazir postunu tutub. O, 2013-cü il noyabrın 20-dən 2015-ci il dekabrın 24-dək hökumət başçısı olub.