İrakli Kadaqişvili Salome Zurabişvilini “satqın” adlandırdığını inkar edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü arzusu”ndan Telavi, Axmeta, Ğvareli və Laqodexinin majoritar deputatı İrakli Kadaqişvili Prezident Salome Zurabişvilini mayın 26-da keçirilən tədbirdə tribunada çıxış edərkən “satqın” adlandırmasını təkzib edir.

“Gürcüstanın müstəqilliyinə uyğun deyildi, bugünkü and içməyə uyğun deyildi, Gürcüstana yaraşmır”, - Kadaqişvili jurnalistlərə prezidentin çıxışını dəyərləndirərkən deyib. “Mən özüm bu sözü bilmirəm. “Satqın” sözü deyilməyib. Ola bilər ki, kimsə belə bir söz deyib, amma mən deməmişəm, eşitməmişəm də. Etiraz etmişəm, amma belə bir söz olmayıb”.

“Gürcü arzusu”nun digər deputatı da təsdiq edir ki, Salome Zurabişvilinin çıxışı etirazlar doğurub. Mixeil Sarjveladze prezidenti kimin satqın adlandırdığını soruşduqda deyir ki, o, dəqiq sözləri xatırlaya bilmir.

“Yeri gəlmişkən, çoxları narazılığını bildirdi, onların arasında da bir çox həmkarlarım alqışlamadılar. İrakli Kadaqişvilinin dediyi hər hansı bir sözə (yeri gəlmişkən, çoxlarının dediyi) münasibətdə mən, həqiqətən, etiraz etmədim, çünki hər şey ədalətli idi”, - Sarjveladze qeyd edib.

Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxış edən Salome Zurabişvili “Gürcü arzusu” hökumətini tənqid edib. Onun sözlərinə görə, hökumət dost və tərəfdaş ölkələri lənətləyir, “ərazilərimizi bu günə kimi işğal edənlər”ə qarşı isə diqqətlidir.

Salome Zurabişvili Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasına növbəti dəfə münasibət bildirib. Mayın 19-da ilk Moskva-Tbilisi reysi uçuşa başlayanda Abxaziyanın işğal xətti yaxınlığında Qiqa Otxozoriyanın qətlinin 7-ci ildönümü idi. Prezident 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı qəhrəmancasına həlak olmuş Otxozoriya və Qiorqi Ancuxelidzenin ailələrindən üzr istəyib.

“Mən bu ölkənin ali baş komandanı kimi təhqirə görə üzr istəyirəm, bu, təkcə sizə təhqir deyil, həm də bütün ölkəyə təhqirdir .Başa düşülən deyil ki, hər şeydə, ikinci cəbhə açmağa cəhd edən, gürcülüyü almaqda, pozğunluğu yaymaqda Avropanı, Amerikanı günahlandırırsınız, amma ki, uşaqlarınızı Avropaya, Amerikaya buraxırsınız, Gürcüstanda isə yeni nəslin Avropa gələcəyini məhv edirsiniz”, - demişdi Zurabişvili çıxışında.

O, bu sözləri narazılıq nidaları fonunda söylədi, onalar arasında eşidilirdi - ”aprelin 9-da ruslara qarşı mən döyüşürdüm”.

Daha sonra Salome Zurabişvili jurnalistlərə heç bir replika ilə maraqlanmadığını bildirib. Onun sözlərinə görə, o, İrakli Kadaqişvili ilə görüşüb və çox yaxşı münasibəti olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur