İrakli Kobaxidze Almaniyaya rəsmi səfərə gedib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniya Federativ Respublikasına rəsmi səfərə gedib, burada Almaniya kansleri Olaf Şolz, ölkənin prezidenti Frank Valter Ştaynmayer və Bundestaqın sədri Berbel Bas ilə görüşəcək. 

Hökumət administrasiyasının məlumatına görə, aprelin 12-də təkbətək və geniş tərkibdə görüşlərdən sonra İrakli Kobaxidze və Olaf Şolz birgə mətbuat konfransı keçirəcəklər.

Gürcüstan nümayəndə heyəti Almaniyaya yola düşməzdən əvvəl aprelin 10-da Almaniya səfiri Peter Fişer “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili ilə görüşüb.Diplomat X sosial şəbəkəsinə yazıb ki, baş nazir İrakli Kobaxidze ilə kansler Olaf Şolz arasında “vacib görüş”dən əvvəl Ğaribaşvili ilə söhbətdə “Xarici təsirin şəffaflığı və Avropa İttifaqının 9-cu maddəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı Almaniyanın narahatlığı”na toxunulub. “Gürcü Arzusu” partiyasının yaydığı bəyanatda bu məsələlər qeyd edilməyib.

“Görüşdə Gürcüstan ilə Almaniya Federativ Respublikası arasında mövcud dostluq münasibətlərindən, bir çox sahələrdə uğurlu əməkdaşlıq məsələlərindən danışılıb. Bildirilib ki, iki ölkə arasında müxtəlif sahələrdə uzunmüddətli tərəfdaşlığın müsbət dinamikası daha da möhkəmlənir. Söhbət zamanı Gürcüstandakı mövcud siyasi vəziyyətə və regionda cərəyan edən proseslərə də toxunulub”, - “Gürcü Arzusu” bəyan edib.

Aprelin 5-də Almaniya Bundestaqının (Parlament) Xarici Əlaqələr Komitəsi “Gürcü Arzusu”nun “xarici agentlər haqqında” rus qanununu yenidən təqdim etməsindən narahatlığını bildirib. Aprelin 10-da komitənin sədri Maykl Rot X-də qeyd olunan qanunun Aİ-yə üzvlüklə bir araya sığmadığını yazıb.

“Müstəqil və tənqidi vətəndaş cəmiyyəti xalqın düşməni deyil, Aİ-yə üzvlük üçün şərtdir. “Gürcü Arzusu” öz xalqına qulaq asmalıdır: gürcülərin 90%-i Avropa İttifaqına daxil olmaq istəyir, Putin Rusiyasına yox”, - Maykl Rot bildirib.

Hakim partiya Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirə bilərliyinə baxmayaraq, rus qanununu yaz sessiyasının sonuna qədər qəbul etmək niyyətindədir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur