Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, İranla mehriban qonşuluq münasibətləri gürcü xalqının marağındadır. O, jurnalistin baş nazir İrakli Kobaxidzenin İrana səfərləri ilə bağlı sualını belə cavablandırıb. Papuaşvilinin sözlərinə görə, İran Ukraynada davam edən müharibənin həmiştirakçısı deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün “Gürcü Arzusu”nun ofisində keçirilən brifinqdə Papuaşvilidən Iran prezidentinin andiçmə mərasimində Gürcüstanın birinci şəxsdə təmsil olunmasının nə üçün zəruri olduğu və bunun Qərb partiyaları üçün mesaj olub-olmaması soruşulub.
“Yəqin ki, müxtəlif rəsmilərin Çinə səfəri zamanı eyni pafosu xatırlayırsınız. Onda da eyni ittihamlar var idi və bu gün biz görürük ki, bütün Avropa liderləri Çinə səfər edir. Elə həmin pafos idi ki, guya Rusiya ilə əlaqələrə görə və s. Biz dünyaya belə prizmadan baxmırıq, dünyaya Gürcüstanın vəziyyətindən və tarixən olduğumuz yerdən və qonşularımızlı birgə baxırıq. Bu, bizim təkcə diplomatik deyil, həm də tarixi taktikamızdır ki, təkcə çətinlikdə deyil, həm də prezidentin andiçmə mərasimi zamanı gürcü xalqı bu prosesdə təmsil olunmalıdır”, - Papuaşvili bildirib.
Papuaşvili jurnalistin faktiki olaraq müharibənin həmiştirakçısı olan ölkə ilə yaxın münasibətlər qurmaq hökumət üçün hər hansı narazılıq yaradır ya yox sualına cavabında belə deyib:
“İlk öncə, İran heç bir müharibənin həmiştirakçısı deyil. Bunu haradan çıxarırsınız, bilmirəm. İranla münasibətlərimizə gəlincə, bizim tarixi-diplomatik münasibətlərimiz var ki, bu əlaqələr həm xalqlar arasında hörmətə, həm də mədəni əlaqələrə və təbii ki, andiçmə mərasimi formasında baş verməli olan proseslərə xalqımızın münasibətinin ifadəsinə əsaslanır. Müvafiq olaraq, dövlətin ora-bura baxıb başqalarının nə edəcəyini təqlid etməməsi vacibdir, bəs nə edəsidir və mən də belə edəcəm... 30 illik yeni respublikayıq, amma 3000 illik bir dövlətik və mən hesab etmirəm ki, yer üzündə heç bir dövlətdə gürcü genində olan təcrübə olsun”.
Şalva Papuaşvili İranın Putin rejimini “Şəhid” pilotsuz uçan aparatları ilə təmin etməsi barədə məlumatı olub-olmaması ilə bağlı suala cavab verməyib və davam edib: “Bizim qonşuluqda necə davranmaq və bu çətin geosiyasi regionda sülh adasını necə qoruyub saxlayacağımız barədə heç kimin göstərişinə ehtiyacımız yoxdur. Gürcüstan hökuməti yalnız gürcü xalqının maraqlarından çıxış edir”.
Son üç ay ərzində Gürcüstanın baş naziri iki dəfə İrana səfər edib. Mayın 22-də İrakli Kobaxidze xarici işlər naziri İlya Darçiaşvili ilə birlikdə İran prezidenti Ebrahim Rəisinin dəfn mərasimində iştirak edib. Dəfn mərasimində “Hizbullah”, “Həmas” və “Taliban” terror təşkilatlarının liderləri, həmçinin Rusiya Dumasının sədri Vyaçeslav Volodin, Suriya prezidenti Bəşər Əsəd və başqaları iştirak ediblər. Bu gün, iyulun 30-da İrakli Kobaxidze baş nazirin müavini Levan Davitaşvili ilə birlikdə yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib. O, Pezeşkianla görüşüb, ona uğurlar arzulayıb.
2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan İran Rusiyaya həm diplomatik, həm də hərbi dəstək verir. 2022-ci ilin sentyabrından 2023-cü ilin dekabrına qədər Rusiya Ukraynaya İran istehsalı olan təxminən 3700 kamikadze pilotsuz uçan aparatı - “Şəhid-131”/“Şəhid-136” atıb. Rusiyaya silah tədarükü ilə əlaqədar Ukrayna hökuməti İran səfirini ölkədən qovub və İslam Respublikası ilə əlaqələri azaldıb. “Müharibənin Öyrənilməsi İnstitutu”nun (ISW) ekspertləri bir neçə gün əvvəl dərc etdikləri hesabatda qeyd ediblər ki, Rusiya Ukraynada istifadə üçün öldürücü yardım alması müqabilində İranla ikitərəfli münasibətləri dərinləşdirməyə davam edir.