Qətərin paytaxtı Dohada keçirilən 2022-ci il dünya çempionatında İran millisinin üzvləri İngiltərə ilə oyundan əvvəl öz ölkələrinin himnini oxumayıblar. Bununla da onlar sentyabr ayında İranda baş verən etirazlarla həmrəy olduqlarını bildiriblər. Etirazlar Əxlaq Polisi tərəfindən həbs edilən 22 yaşlı kürd qadın Məhsa Aminin ölümündən sonra başlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oyundan əvvəl keçirilən mətbuat konfransında İran milli futbol komandasının kapitanı Exsan Xəcsəfi İran hakimiyyətinin iki aydır yatırtmağa çalışdığı hökumət əleyhinə nümayişlərin iştirakçılarını açıq şəkildə dəstəkləyib.
“Onlar bilməlidirlər ki, biz onların yanındayıq, biz onları dəstəkləyirik və onlara rəğbət bəsləyirik. Etiraf etməliyik ki, ölkəmizdəki şərait yanlışdır, insanlarımız bədbəxtdir. Biz buradayıq, amma bu o demək deyil ki, biz onların səsi olmamalı və onlara hörmət etməməliyik. Əlimizdə olan hər şey onlardandır.
İranın igid xalqını göstərmək üçün mübarizə aparmalıyıq, oynamalıyıq, qol vurmalıyıq. Ümid edirəm ki, şərtlər dəyişəcək”, - “AEK Afina” futbol klubunun oyunçusu Exsan Xacsəfi deyib.
Reuters agentliyinin məlumatına görə, İran millisinin üzvləri indiyədək həmyerlilərinə dəstək göstərməyiblər. Onlar cari siyasi hadisələri açıq şəkildə şərh etməkdən çəkindilər, buna görə də pərəstişkarlarının tənqidini qazandılar. Milli komandanın üzvləri Dohaya yola düşməzdən əvvəl İran prezidenti İbrahim Rəisi ilə görüşüb. Ölkədəki hazırkı etiraz aksiyaları fonunda sosial şəbəkələrdə yayılan prezidentlə çəkilmiş foto insanların hiddətinə səbəb olub.
İranlı fanatlardan biri Reuters-ə deyib: "Hamımız İranda insanlarımızın öldürüldüyü üçün kədərlənirik, lakin biz hamımız milli himni səsləndirmədikləri üçün komandamızla fəxr edirik - çünki bu milli deyil, sadəcə rejim üçündür" .
Azarkeşlərin bir qismi hesab edir ki, İran millisi buna etiraz əlaməti olaraq çempionatda iştirakdan imtina etməli idi: “Yaxud məcburən getsəydilər, millinin bir parçası olduqlarını göstərmək üçün oynamaqdan imtina edə bilərdilər - etirazlar zamanı uşaqları rejim tərəfindən öldürülən iranlı analarla həmrəylik ifadə etmək olardı bu”.
Sentyabrın ortalarından bəri təhlükəsizlik qüvvələri hökumət əleyhinə nümayişlər zamanı 400-dən çox adamı öldürüb. Bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları İnformasiya Agentliyi (HRANA) məlumat yayıb. Onların sözlərinə görə, ölənlər arasında ən azı 58 uşaq var. İran İslam Respublikası hökuməti saxlanılanlarla bağlı dəqiq rəqəmlər açıqlamasa da, HRANA-nın məlumatına görə, yüzlərlə tələbə də daxil olmaqla azı 16 813 nümayişçi saxlanılıb.