Beynəlxalq Respublika İnstitutu (IRI) hakim partiyanın reytinqinin aşağı düşdüyü ictimai rəy tədqiqatını dərc edir. Əgər gələn şənbə parlament seçkiləri keçirilsəydi, respondentlərin yalnız 19%-i “Gürcü Arzusu”na səs verəcəkdi. Ötən ilin noyabrında bu göstərici 25% olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Son sorğu göstərir ki, 20% kimə səs verəcəyini bilmir, 14 faizin seçimi isə müxalif “Vahid Milli Hərəkat” partiyasıdır. 3-3% keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” və Zurab Caparidzenin “Qirçi - Daha Çox Azadlıq” partiyasını dəstəkləyir.
“Leyboristlər”, “Lelo”, “Qirçi”, “Strategiya Ağmaşenebeli”, “Xalq Naminə” və “Vətəndaşlar” partiyaları hər biri 2% dəstək alıb. 1-1% “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”, “Droa” və “Avropa Gürcüstanı” kimi partiyalara səs verərdi.
Tədqiqat “Gürcü Arzusu”ndan formal olaraq ayrılan deputatların qurduğu “Xalqın Gücü” hərəkatı ayrıca müəyyən edilib. Respondentlərin 1%-dən az hissəsi onları dəstəkləyir.
Heç bir halda hansı partiyalara səs verməzdiniz sualına cavablar bu cür bölünüb: “Vahid Milli Hərəkat” – 39%; “Gürcü Arzusu” – 34%; “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” – 16%; “Qirçi – Daha Çox Azadlıq” – 13%; “Vətənpərvərlər Alyansı” – 13%; “Qirçi” - 13%; “Avropa Gürcüstanı” – 13%; “Leyboristlər Partiyası” – 8%; “Strategiya Ağmaşenebeli” - 7%; “Droa” - 7%; “Lelo” - 6%; “Xalqın Gücü” - 5%; “Gürcüstan Naminə” - 4%; “Vətəndaşlar” - 3%; “Xalq Üçün” - <1%.
Respondentlərin 42%-i heç bir siyasi partiyanın onların maraqlarını təmsil etmədiyi qənaətindədir. Ümumilikdə 54% onların maraqlarını az-çox və ya tam şəkildə təmsil edən ən azı bir partiyanın olduğunu deyir. Sorğu iştirakçılarının 78%-i siyasətdə daha çox gənc görmək istəyir.
“Gürcüstan siyasi partiyalarına güvənirsiniz, yoxsa güvənmirsiniz” sualına respondentlərin 46%-i nə güvəndiyini, nə də güvənmədiyini, 39%-i güvənmədiyini, 13%-i güvəndiyini, 2%-i isə bilmir və ya cavab verməkdən imtina edir.
Tədqiqat 4-23 mart 2023-cü il tarixlərində “IRI” Araşdırma Mərkəzi adından Baltik Araşdırmaları və Gelap Təşkilatının nümayəndəsi Dr. Rasa Alishauskine tərəfindən aparılmışdır. Tədqiqat;n çöl işləri “IPM” tərəfindən aparılmışdır. Məlumatlar üzbəüz müsahibələr vasitəsilə toplanıb. Respondent seçimi səsvermə yaşında olan 1500 respondenti əhatə edib. Məlumatlar yaşa, cinsə, bölgəyə və yaşayış məntəqəsinin həcminə görə ölçülüb. Yanılma payı +/- 2,5%, cavab nisbəti 63% təşkil edir.