Çatışmazlıq səbəbindən işğal olunmuş Abxaziyada elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb. “Çernomorenerqo” şirkətindən verilən məlumata görə, bu gündən, fevralın 3-dən etibarən əhalinin enerji təchizatı sutkada 4 saat kəsiləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Fevralın 3-dən respublikanın bütün rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq olunacaq. Gündüz və gecə iki saat işıq sönəcək”, - şirkətdən bildirilir və fevralın 3-dən 5-dək yarımstansiyaların dayandırılması cədvəlini də dərc edir.
Fevralın 2-də enerji sahəsində problemlər qondarma prezident administrasiyasında müzakirə olunub. “Çernomorenerqo”nun baş direktoru Temur Cincolia vəziyyətin son dərəcə ciddi olduğunu bildirib.
Qondarma Enerji və Nəqliyyat Naziri Jansuq Nanba qeyd edib ki, elektrik enerjisinin vaxtaşırı kəsilməsi məcburi tədbirdir və bunun bir çox səbəbləri var. Onların arasında istehlak edilmiş elektrik enerjisinə görə vergilərin yığılması problemi, “Enqrhesi” elektrik stansiyasının energetik anbarında suyun səviyyəsinin kəskin aşağı olması, “Rostov AES”in 4-cü enerji blokunun planlaşdırılmış təmiri, Abxaziyanın əlavə elektrik enerjisi aldığı Rusiyanın cənubundaki generatorun qəzalı vəziyyətdə olduğuna görə dayandırılması kimi məsələlər var.
Görüşdə həmçinin qanunsuz kriptovalyuta işi ilə mübarizənin nəticələri də müzakirə olunub. De-fakto hökumətin məlumatına görə, 2023-cü ildə Abxaziyada ümumilikdə 3284 kriptovalyuta qurğusu ələ keçirilib ki, bunlar arasında ən çoxu Oçamçire (892) və Qaqra (870) rayonlarında, həmçinin Soxumidə (505) olub.