De-fakto Cənubi Osetiya Respublikasında parlament seçkiləri iyunun 9-da keçiriləcək. Tarixi işğal olunmuş bölgənin qondarma prezidenti Alan Qaqloyev bu gün təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“RES” informasiya agentliyinin məlumatına görə, bu il səkkizinci çağırış parlamenti seçiləcək, onun səlahiyyət müddəti 5 il olacaq. Seçkilər proporsional-majoritar seçki sistemi ilə keçiriləcək.
İşğal altındakı Sxinvalidə əvvəlki parlament seçkiləri 2019-cu ildə keçirilib. Nəticədə qondarma hakim partiya “Vahid Osetiya” 34 mandatdan 14, “Cənubi Osetiya Respublikası Kommunist Partiyası” bir mandat, “Xalq Birliyi” partiyası 3, “Nixa” partiyası 4 mandat və “Xalq Partiyası” isə 5 mandat alıb. Bundan başqa, 7 müstəqil deputat parlamentə daxil olub.
Gürcüstanın mərkəzi hökuməti və beynəlxalq ictimaiyyət işğal altındakı Sxinvalidə keçirilən seçkiləri tanımır.