İşğal haqqında qanunu pozan rus qrupu Tbilisidəki konsertini ləğv edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiyanın “Bi-2” (БИ-2) rok qrupunun martın 19-da Tbilisi İdman Sarayında keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib. Bu gün qrup yenilənmiş siyahı yayımlayıb, siyahıda artıq Tbilisidə konsertin olacağı anonsu yoxdur.

“Təəssüf ki, bir neçə gün əvvəl Tbilisidə elan edilən konsert baş tutmayacaq. Tədbirin bütün bilet alıcıları 1-3 gün ərzində hansı kartla ödəniş etmişdilərsə, təşkilatçılar tərəfindən həmin karta məbləğ geri köçəcək”, - qrupunun yaydığı bəyanatda deyilir.

Bilet satışı ilə məşğul olan tkt.ge şirkətindən “Gürcüstan Xəbərləri”nə bildirilib ki, tədbirin ləğvi ilə bağlı təşkilatçıdan bildiriş alıblar. Bu mərhələdə biletlərin satışı dayandırılıb.

“Bi-2” "Hallelujah" dünya turnesi çərçivəsində Tbilisidə konsert verməyi planlaşdırırdı. Martın 10-da konsert Moldovanın paytaxtı Kişinyovda, martın 17-də isə Ermənistanın paytaxtı Yerevanda olacaq.

Rok qrupu 2013-cü ildə işğal olunmuş Abxaziyada olub. “YouTube”daki bir videodan aydın olur ki, 2013-cü ildə “Bi-2” üzvləri, qor Bortnik və Aleksandr Uman Abxaziya sakinlərini Suxumidə planlaşdırılan konsertə dəvət edirdilər. Gürcüstanın 2008-ci ilin avqust müharibəsindən sonra qəbul etdiyi “İşğal olunmuş ərazilər haqqında” qanununa əsasən xarici vətəndaşlara Gürcüstanın işğal olunmuş ərazilərinə - Abxaziya və Sxinvali vilayətinə yalnız Zuqdidi və Qori bələdiyyələrindən daxil olmağa icazə verilir. Bu qanunun pozulmasına görə cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur