İşğal altındaki Tsxinvali bölgəsindən olan daha bir gənc Ukraynada davam edən müharibədə həlak olub. KİV-lərin məlumatına əsasən, 21 yaşlı könüllü Tamerlan Ostayevin ölümü ilə bağlı xəbərlər təsdiqlənib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sentyabrın 26-da Ostayevin daxil olduğu dəstə düşmən pusqusuna düşdü. Buna baxmayaraq, yaxınları onun sağ və ya əsirlikdə olduğuna sona qədər ümid edirdilər”. - Jurnalist Arzu Məmmədova yazır.
"Krylia TV" teleşirkətinin məlumatına görə, mövcud göstəricilərə əsasən, Ukraynada qondarma Cənubi Osetiya Respublikasının 18, Şimali Osetiyanın isə 152 sakini həlak olub. “Exo Kavkaza” nəşri yazır ki, de-fakto respublikadan Ukraynaya döyüşməyə gedən azı 20 nəfər həlak olub.
Təxminən on bir ay əvvəl, 2022-ci ilin 24 fevral tarixində Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başlayıb. Prezident Vladimir Putin Ukraynaya qarşı Xüsusi hərbi əməliyyatın başlanmasının səbəblərindən biri kimi Ukraynanın NATO-ya üzv olmaq istəyini, “əməliyyat”ın məqsədləri olaraq isə Ukraynanın demilitarizasiya və denazifikasiyasını sadalayıb. Avqustun sonunda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, NATO-ya üzv olmaqdan imtina etmək artıq Ukraynada müharibəni dayandırmaq üçün kifayət şərt deyil. 23-27 sentyabr tarixlərində Rusiya hökuməti Ukraynanın müvəqqəti işğal altında olan Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində “referendum” keçirib, 30 sentyabr tarixində isə bu rayonları Rusiyanın ərazi qurumları elan edib. Noyabrın 11-də Ukrayna Xerson ərazisinə nəzarəti bərpa edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, bu günə qədər Rusiya 112 mindən çox əsgərini itirib. Rusiya öz itkiləri barədə məlumat yayımlamır. Ukrayna tərəfinin məlumatına görə, müharibədə 16500-dən çox dinc sakin həlak olub. Ən çox itki Ukraynanın məlumatına görə, 4746 dinc sakinin həlak olduğu Donetsk vilayətində qeydə alınıb.