Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Zemo Artsevi və Otrevi kəndləri yaxınlığında üç Gürcüstan vətəndaşını həbs ediblər. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, həbs işğal altında olan Tsxinvali regionu ərazisində həyata keçirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
DTX-nın məlumatına görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra Aİ-nin Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt” işə salınıb və daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.
“Qeyri-qanuni həbs edilmiş Gürcüstan vətəndaşlarının qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb”, - Dövlət Təhlükəsizlik Xidməti bildirir.
Gürcüstan hökuməti bildirir ki, işğal olunmuş ərazilərdə, eləcə də işğal xətti boyunca törədilmiş bütün dağıdıcı hərəkətlərə görə məsuliyyəti işğalçı qüvvələrin üzərinə düşür.
Tsxinvalinin de-fakto hakimiyyəti qanunsuz həbslə bağlı hələlik şərh verməyib.