İsrail prezidenti genişmiqyaslı etirazlara səbəb olan qanun layihəsinin rədd edilməsini tələb edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İsrail prezidenti Yitzhak Hersoq hökumət və parlament Knesset üzvlərini ağıllarını başlarına toplamağı və hökumət tərəfindən təşəbbüsü irəli sürülən, ölkə tarixində ən böyük nümayişlərdən birinə səbəb olan qanun layihəsini rədd etməyə çağırıb.

“Dünən gecə çox ağır səhnələrə şahidlik etdik. Baş nazirə, hökumətə və koalisiya üzvlərinə müraciət edirəm. Bütün xalq dərin təşviş içərisindədir. Təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət təhdid altındadır. İsrail xalqı, Yəhudi xalqı, bütün dünya sizi izləyir. İsrail xalqı ilə həmrəy olaraq, üzərinizə götürdüyünüz məsuliyyət naminə qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram.

Mən bütün Knesset fraksiyalarının, istər koalisiya, istərsə də müxalifət liderlərinə müraciət edirəm ki, ölkə vətəndaşlarını hər şeydən üstün tutsunlar və gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etsinlər. İndicə ağlınızı başınıza toplayın! Bu, siyasi məqam deyil, bu liderlik və məsuliyyət məqamıdır”, - prezident dünən gecəki kütləvi etirazlardan sonra bildirib.

İsrail miqyasında on minlərlə vətəndaşın etirazları bazar günü axşam saatlarında başlayıb və səhərə qədər davam edib. Bunun əvvəlində baş nazir Benyamin Netanyahu tərəfindən müdafiə naziri Yoav Qalantı istefaya göndəməsi gəlib. Qalant daha əvvəl bildirmişdi ki, məhkəmə sistemində planlaşdırılan islahat dövlət təhlükəsizliyinə təhlükə yaradır.

Polis və ordu Qüds və Tel-Əvivdə nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib.

İsrail vətəndaşları artıq üçüncü aydır ki, hökumətin Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdırmaq planlarına etiraz edirlər. Baş nazir Netanyahunun təşəbbüsü ilə irəli sürülən qanun layihəsi məhkəmə sisteminin qanunvericilik və icra hakimiyyəti orqanlarına təsir və nəzarət imkanlarından məhrum edilməsini nəzərdə tutur. Bu gün Ali Məhkəmə parlamentin qərarını qanuna zidd hesab edərsə, onu bloklaya bilər. Qanunvericilik dəyişikliyi təsdiqləndiyi halda isə parlamentin sadə səs çoxluğu ilə(Knessetin 120 üzvündən 61-i) Ali Məhkəmənin istənilən vetosunu aşmaq imkanı var. Bu o deməkdir ki, parlamentdə çoxluğa sahib olan hakim koalisiya qanunları maneələrsiz qəbul edəcək və ya ləğv edəcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur