İsrail ordusunun məlumatına görə, radikal islamçı hərəkatının hücumları nəticəsində həlak olanların sayı 1200-ə çatıb. Ölənlərin bəzilərinin cəsədləri hələ də tapılmayıb. Qəzza zolağı “Həmas”ın nəzarətindədir Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin aviazərbələri nəticəsində 950 nəfər həyatını itirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddə nəzarəti tam bərpa edib. Onların məlumatına görə, 1500-ə yaxın terrorçu məhv edilib.
“Həmas” 150-yə yaxın insanı, o cümlədən xarici ölkə vətəndaşlarını girov götürüb.
Oktyabrın 10-da ABŞ prezidenti Co Bayden düşmən mövqeli tərəflərə İsraildəki vəziyyətdən istifadə etməmək barədə xəbərdarlıq edib. Onun bəyanatına görə, çəkindiriciliyi təmin etmək üçün ABŞ bölgədəki hərbi qüvvələrinin mövqelərini gücləndirib. ABŞ silahlarının ilk partiyası bu gün İsrailə, Nevatim aviabazasına gəlib. ABŞ dövlət katibi Entoni Blinken yaxın bir neçə gün içərisində İsrailə səfər etməyi planlaşdırır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika təyyarədaşıyan gəmisinin İsrailə gəlməsinin ciddi qırğınlara səbəb ola biləcəyini deyib. Ərdoğan İsrailin Qəzza zolağının mühasirəyə almaq qərarını tənqid edib. İsrailin müdafiə nazirinin əmrinə əsasən, Qəzza zolağına elektrik enerjisi, yanacaq və məhsulların tədarükü dayandırılıb.
Türkiyə prezidentinin sözlərinə görə, o, müharibəni dayandırmaq üçün səylərini davam etdirəcək və Rusiya prezidenti Vladimir Putin, eləcə də BMT-nin baş katibi Antonio Qutiereşlə danışıqlar aparacaq.
İsrailin baş naziri Benyamin Netanyahunun dünən verdiyi bəyanata görə, yəhudilərin İkinci Dünya Müharibəsi zamanı onlara qarşı törədilən “Holokost”dan bu yana 7 oktyabrda olduğu miqyasda hücum və qurbanları olmayıb. İsrail elə bir əməliyyat keçirməyi planlaşdırır ki, “Həmas”ı onun heç bir hərbi variantı qalmadığına” inandırsın.
“Həmas” oktyabrın 7-də İsrail şəhərlərinə raket zərbəsi endirib və Qəzza zolağının qonşu ərazilərinə qurudan da hücümlar edib. Oktyabrın 8-də İsrail hökuməti ölkədə müharibə vəziyyəti elan edərək Qəzza zolağına hava və artilleriya zərbələri endirib. Qəzza zolağına nəzarət edən radikal islamçı hərəkat İsraili işğalçı dövlət hesab edir.