“İşlə təmin olunma, demək olar ki, tarixi maksimumdadır. İşsizlik tarixi minimuma enib, eləcə də yoxsulluq azalıb və tarixi minimuma çatıb”, - Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ğaribaşvilinin sözlərinə görə, aprel ayında 7,5% iqtisadi artım qeydə alınıb ki, bu da onun qiymətləndirməsinə görə, çətin geosiyasi vəziyyət fonunda, çox ümidverici, yaxşı və müsbət nəticədir.
“Yanvar-aprel aylarında iqtisadi artımımız 7,3% təşkil edir ki, bu da bütün dünya üçün nümunəvi bir haldır. Onu da deyim ki, aprel ayında ixracın həcmi də 20% artıb, ilin birinci rübündə turizmdən gələn gəlirlərin artımı 100%-i ötüb. Artım tikinti sektorunda, maliyyə, sığorta fəaliyyəti, nəqliyyat, anbar təsərrüfatı, informasiya və rabitə sektorlarında qeydə alınıb”, - Ğaribaşvili bildirib.
Baş nazirin sözlərinə görə, birinci rübdə biznes sektorunun dövriyyəsi təxminən 15% artaraq 44 milyard lari təşkil edib.
“İş yerlərinin sayı artıb - 42 mindən çox iş yeri yaradılıb və ümumilikdə 716 min təşkil edib ki, bu da birinci rüblərdə biznes sektorunda işlə təmin olunanların rekord göstəricisidir.
Bundan əlavə, 2020-ci ildə kifayət qədər yüksək birinci rüb göstəricimiz var idi. O vaxt pandemiyanın təsiri hələ özünü göstərməmişdi və 31 min iş yeri var idi. Bu, o zaman üçün ən yaxşı göstəricilərdən biri hesab olunurdu. İndi, bir-iki il sonra birinci rübdə işlə təmin olunma istiqamətində 42 min artımımız var. Beləliklə, bu, çox sevindirici məlumatdır”, - deyə baş nazir bildirib.
İrakli Ğaribaşvilinin sözlərinə görə, müsbət dinamikanı ilk növbədə “dinc dövr” və hökumətin “düzgün siyasəti” müəyyən edir.
Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstanda mütləq yoxsulluq həddinin altında əhalinin 15,6%-i yaşayır. Bu ilin aprel ayında əmək qabiliyyətli kişi üçün yaşayış minimumu 251,8 lari təşkil edib. 660 746 nəfər (175 334 ailə) dövlətdən yaşayış müavinəti alır.