İstanbulda katolik kilsəsinə hücumla bağlı Rusiya və Tacikistan vətəndaşları həbs edilib. Türkiyə hakimiyyətinin məlumatına görə, saxlanılanlar “İslam Dövləti” terror təşkilatı ilə əlaqəlidirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yerli vaxtla saat 11:40-da Sarıyer rayonundakı 19-cu əsrə aid Müqəddəs Məryəm adına kilsədə ibadət zamanı iki silahlı və maskalı şəxs tərəfindən atəş açılıb. Bir nəfəri qətlə yetirdikdən sonra onlar kilsəni tərk ediblər. Hadisə nəticəsində 52 yaşlı kişi həlak olub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə, polis 30-dan çox yerdə reyd keçirib və 47 nəfəri həbs edib. Onun sözlərinə görə, hücumda şübhəli bilinən şəxslər son reydlərdən birində yaxalanıb.
“Qətldə şübhəli bilinən iki nəfər həbs edilib. Hər ikisi başqa ölkələrin vətəndaşlarıdır. Biri Tacikistandan, digəri Rusiyadandır. Biz hesab edirik ki, onlar “İslam Dövləti” ilə əlaqəlidirlər”, - deyə nazir bildirib.
Xarici KİV-lərin verdiyi məlumata əsasən, hadisəyə görə məsuliyyəti “İslam Dövləti” öz üzərinə götürüb. Telegram kanallarından birində verilən açıqlamaya görə, qətl qruplaşma liderinin xristian və yəhudilərə hücum çağırışına cavab olaraq həyata keçirilib.
Papa Fransisk Vatikanda həftəlik ibadət zamanı baş verən hadisəyə şərh edib və Müqəddəs Məryəm kilsəsinin möminlərinə həmrəyliyini bildirib.