İsveçrədə keçirilən sülh sammitində 80 ölkə və dörd beynəlxalq təşkilat BMT Nizamnaməsinin, o cümlədən bütün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsiplərinin Ukraynada sülhün əldə edilməsi üçün əsas olduğunu bildirən birgə kommünikeni təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kommunikeni dəstəkləyənlər arasında Avropa İttifaqının 27 ölkəsi, Ukrayna, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Finlandiya, Moldova, Polşa, eləcə də Avropa Parlamenti var. Səudiyyə Ərəbistanı, Tayland, Hindistan, Meksika, Cənubi Afrika və Birləşmiş Ərəb Əmirlikləri kommünikeni imzalamayıb.
Kommünikeni imzalayanlar bəyan edirlər ki, onlar aşağıdakı mühüm məsələlər üzrə ümumi baxışa malikdirlər:
- Ukraynanın atom elektrik stansiyaları, o cümlədən Zaporojye Atom Elektrik Stansiyası Ukraynanın nəzarəti altında və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) prinsiplərinə və nəzarətinə uyğun fəaliyyət göstərməlidir. Ukraynadakı müharibə kontekstində hər hansı təhlükə və ya nüvə silahından istifadə qəbuledilməzdir.
- Ukraynanın kənd təsərrüfatı məhsulları təhlükəsiz və sərbəst şəkildə maraqlı üçüncü ölkələrə çatdırılmalıdır. Ərzaq təhlükəsizliyi silah kimi istifadə edilə bilməz. Ukraynanın Qara və Azov dənizlərinin limanlarına çıxışı bərpa edilməlidir.
- Bütün hərbi əsirlər tam mübadilə ilə azad edilməlidir. Bütün deportasiya edilmiş və qeyri-qanuni köçkün edilmiş ukraynalı uşaqlar və qeyri-qanuni həbs edilmiş bütün digər ukraynalı mülki şəxslər Ukraynaya qaytarılmalıdır.
Bundan əlavə, kommünikeni imzalayanlar hesab edirlər ki, sülhə nail olmaq üçün bütün tərəflər arasında dialoq lazımdır.
İyunun 15-16-da keçirilən sülh sammitində 100-ə yaxın ölkə iştirak edib. Rusiya tədbirə dəvət olunmayıb, Çin isə Ukraynanın dəvətinə baxmayaraq, iştirakdan yayınıb.
“Çin Rusiyaya siyasi və iqtisadi təsir göstərən çox ciddi dövlət və ciddi iqtisadiyyatdır. Çin həqiqətən də təsirə malikdir və onun bizə kömək edə biləcəyinə inanıram. Dostlar çətin anlarda sizə kömək edənlərdir. Mən Çinin Ukraynanın dostu olmasını istərdim”, - deyə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Sammitdə Gürcüstanı prezident Salome Zurabişvili təmsil edib. Onun dediyi kimi, gürcülər üçün ukraynalıların yaşadığı yad deyil və Gürcüstan da Rusiyanın imperialist ambisiyalarının qurbanıdır.
“Biz hələ də Abxaziya və Tsxinvali rayonlarının işğalı nəticəsində dəyən humanitar ziyandan əziyyət çəkirik. Aydındır ki, Ukrayna müharibəsi tədric olunmuş münaqişə deyil, bu, Rusiyanın qonşularına qarşı destruktiv siyasətinin davamıdır. Məhz bu səbəbdən biz Ukraynada uzunmüddətli, davamlı sülh tapmağa və əldə etməyə çalışırıq”, - Salome Zurabişvili bildirib.