İtaliya hökuməti qeyri-qanuni mühacir sayının görünməmiş artımı səbəbilə altı aylıq fövqəladə vəziyyət elan edib. İlin əvvəlindən ölkəyə Aralıq dənizi üzərindən31 mindən çox mühacir daxil olub ki, bu da 2022-ci ilin həmin dövrünün göstəricilərindən təxminən dörd dəfə çoxdur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Fövqəladə vəziyyət müddətində hökumət fövqəladə tədbirlər üçün 5 milyon avro ayıracaq ki, bu da “qızğın nöqtələrin” boşaldılmasını, mühacirlərin qəbulu üçün yeni strukturların yaradılmasını və sonradan İtaliyada qalmaq üçün qanuni əsası olmayanların vətəninə qaytarılmasını nəzərdə tutur.
“Reuters” müvəkkiliyinin məlumatına görə, ötən şənbə-bazar Lampeduza adasına Afrika ölkələrindən 1700-ə yaxın mühacir gəlib və bazar ertəsi sahil mühafizəsi ümumilikdə 1200 nəfərin olduğu iki qayığı xilas etmək üçün xilasetmə əməliyyatı keçirib.
Dənizçilik və Mülki Müdafiə naziri Nello Musumeci bildirib ki, mühacir sayının artması İtaliya infrastrukturunu risk altında qoyur. Onun sözlərinə görə, söhbət keçmişdə heç kimin görmədiyi hadisədən gedir. “Adalar bu fövqəladə vəziyyətlə təkbaşına mübarizə apara bilməz”, - o qeyd edib.
BMT-nin Beynəlxalq Mühacir Təşkilatı (IOM) 2017-ci ildən bu yana ən çox mühacir ölümünü qeydə alıb. Təşkilatın göstəricilərinə əsasən, cari ilin ilk üç ayında Aralıq Dənizində Avropaya keçmək istəyərkən 441 mühacir həlak olub. Xilasetmə əməliyyatının yubanması azı 127 nəfərin ölümü ilə nəticələnib. (IOM)-nin baş direktoru Antonio Vittorino qorxur ki, bu vəziyyət artıq normaya çevrilib.
“Dənizdə insanları xilas etmək dövlətlərin məsuliyyətidir”, - Vittorino bildirib. “Bizə dövlətlər tərəfindən axtarış-xilasetmə əməliyyatlarının fəal koordinasiyası lazımdır. Biz dövlətləri mühacirət “marşrutlarında” ölüm hallarını azaltmaq üçün əməkdaşlığa və işləməyə çağırırıq”.
Cari ilin fevralında Kalabriya sahillərində taxta qayığın batması nəticəsində 60-dan çox mühacirin, o cümlədən qadın və uşaqların həlak olmasından sonra İtaliyanın baş naziri Giorgia Meloni Avropa İttifaqına müraciət edərək onları qeyri-qanuni mühacirətin dayandırılması üçün daha çox iş görməyə çağırıb.