“Gürcü Arzusu”nun təsisçisi, Gürcüstanın keçmiş baş naziri, Bidzina İvanişvilinin vəkili Teymuraz Tsikvadze bəyanatla çıxış edir. Vəkilin sözlərinə görə, İvanişvii, onun yaratdığı birgə investisiya fondunun keçmiş direktoru Qiorqi Baçiaşvilini kriptovalyuta biznesindən 39 milyon ABŞ dollarının mənimsənilməsi yanaşı, “Mtkvari Hesi”yə ayrılan milyonları mənimsəməkdə və talan etməkdə də ittiham edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Vəkilin sözlərinə görə, Qiorqi Baçiaşvili Bidzina İvanişvili ilə işləməyə anasının xahişi ilə başlayıb və 13 il ərzində İvanişviliyə məxsus strukturlarda işləyib, o cümlədən 2019-cu ilin aprel ayına qədər Gürcüstan Birgə İnvestisiya Fondunun icraçı direktoru vəzifəsini tutub, sonra isə həmin fondun məsləhət şurasının sədri olub. Uzun illər ərzində Baçiaşvili İvanişviliyə çox yaxın şəxs olub və xüsusi etimad qazanıb.
Kriptovalyuta biznesi
Vəkilin sözlərinə görə, birgə investisiya fondunun icraçı direktoru vəzifəsində işləyərkən,
2015-ci ilin yayında Qiorqi Baçiaşvili biznes təklifi ilə İvanişviliyə müraciət edərək populyarlığı və dəyəri günü-gündən artan Bitcoin-ə vəsait yatırmağı təklif edib.
Bu təklif İvanişvilini maraqlandırıb və bitkoin dövriyyəsinə 5 milyon ABŞ dolları yatırmaq qərarına gəlib.
Vəkilin bəyanatına görə, İvanişvili investisiya pulunu şəxsi hesabından vermək istəyib, lakin Baçiaşvili ona, pulu şirkətinə “Bank Kartu” vasitəsilə verməyi məsləhət görüb və razı salıb. 2015-ci ilin avqustunda Qiorqi Baçiaşvilinin təklif etdiyi və nəzarət etdiyi xarici şirkətə “Bank Kartu” kredit şəklində 5 milyon ABŞ dolları ayırıb. Bankın verdiyi kredit təminatsız olub və o, tam olaraq Bidzina İvanişvilinin şəxsi vəsaiti ilə təmin edilib.
Pulu yatırdıqdan müəyyən bir müddətsonra İvanişvili ilə ünsiyyətdə olarkən Qiorqi Baçiaşvili kriptovalyuta bazarındakı qeyri-sabit vəziyyətdən narahatlığını bildirib. O, qazandığı bitkoinləri satmaqla Bidzina İvanişvilini yatırılan pulu qaytarmağa inandıra bilib.
2016-cı ilin avqust-sentyabr aylarında Qiorqi Baçiaşvili bankdan kredit şəklində aldığı 5 milyon dolları qaytarıb, təxminən bir il sonra isə “Kartu Bank”ın direktoru Nato Xaindravaya, öz izahatına əsasən, investisiyanın qaytarılmasından sonra qalan, dövriyyə nəticəsində qazanılan bitkoinlərin satışından əldə etdiyi nəğd məbləğ olan 536 9000 dollar verib.
Vəkilin yaydığı bəyanata görə, o zaman heç kim Qiorqi Baçiaşvilinin vicdanlılığına şübhə etmirdi, lakin sonradan, ortaq investisiya fondunun layihələrindən birinə yatırılan vəsaitlərin məqsədəuyğun şəkildə xərclənmədiyini güman etmək üçün ciddi əsaslar olduqdan sonra, o cümlədən Qiorqi Baçiashvili tərəfindən, İvanişvili bitkoin dövriyyəsi məsələsinin öyrənilməsi və Baçiashvilinin investora verdiyi məlumatların düzgünlüyü ilə maraqlandı.
Vəkilin sözlərinə görə, Baçiaşvilinin İvanişvilini aldatdığı və milyonlarla dollar dəyərində kriptovalyuta mənimsədiyi müəyyən edilib.
“Mtkvari Hesi” ilə bağlı suallar
2014-cü ildə birgə investisiya fondu illər ərzində tikintisi dayandırılmış olan “Mtkvari Hesi” layihəsini satın alıb. İlkin hesablamalara görə, layihənin ümumi investisiya həcmi təxminən 131 milyon dollar təşkil edib və SES 2020-ci ildə istifadəyə verilməli olub. Bununla belə, sonda
Layihənin tikinti dəyəri planlandan 100 milyon dollar artaraq (ilkin dəyəri ilə müqayisədə böyük fərqdir) təxminən 235 milyon dollara çatıb, buna baxmayaraq layihə hələ də tamamlanmayıb.
“SES ilə bağlı problemlər aşkara çıxdıqdan sonra Bidzina İvanişvili Qiorqi Baçiaşvilinin bitkoin dövriyyəsi ilə bağlı verdiyi məlumatların düzgünlüyü ilə maraqlanıb və məsələnin gecikmiş yenidən baxılmasını həyata keçirib. Mövcud şübhələr 2015-ci ildən sonra Qiorqi Baçiaşvilinin təsis etdiyi müəssisələrin və onun ailə üzvlərinin onlarla daşınmaz və ya daşınar əmlak alması (həm Gürcüstanda, həm də xaricdə) Qiorqi Baçiaşvilinin faktiki gəlirləri ilə açıq-aşkar uyğunsuzluq təşkil etməsi ilə daha da dərinləşib.
“Qiorqi Baçiaşvili uzun illər, faktiki olaraq, sadəcə İvanişviliyə məxsus strukturlarda çalışıb və onun əsas gəliri, məhz buradan olub.
“İvanişvilinin Baçiaşvilinin müvafiq əmlakı, məhz, mənimsənilmiş bitkoinlərin satışından əldə etdiyi vəsaitlə, o cümlədən, ola bilsin, “Mtkvari Hesi”nin tikintisi zamanı qanunsuz olaraq mənimsənilmiş külli miqdarda vəsait hesabına əldə etdiyini güman etməsi məntiqlidir”, - deyə v’kil bildirir.
Bəyanata görə, Qiorqi Baçiaşvili hazırda Gürcüstanda fəaliyyət göstərən və müxtəlif hüquqi şəxslər vasitəsilə sahib olduğu kripto-platforma/kripto birjalardan birinin əsas sahibidir. Belə bir ehtimal var ki, Baçiaşvili mənimsənilmiş kriptovalyutanı investisiya etməsi nəticəsində bu biznesi qura bilib və mənimsənilmiş kriptovalyutadan birjanın gündəlik fəaliyyəti üçün istifadə edir.
Vəkil bildirir ki, Baçiaşviliyə qarşı irəli sürülən ittiham aktının onun siyasi baxışları ilə bağlı olması barədə deyilənlər absurddur.
“Cənab İvanişvilinin Baçiaşvili ilə yalnız işgüzar əlaqələri olub və təqsirləndirilən şəxs də siyasi məzmunlu məsələlərə və ya proseslərə maraq göstərməyib. İvanişvili üçün Baçiaşvilinin bu cür taktikası təəccüblü deyil”, - deyə bildirən vəkil, Baçiaşvilinin hələ Moskvada olarkən İvanişvilinin şirkətlərində işlədiyini vurğulayır.
Birgə investisiya fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşvili prokurorluq tərəfindən külli miqdarda pul mənimsəməkdə ittiham olunur. İş 8 253,13 bitkoinin qanunsuz mənimsənilməsi və qeyri-qanuni gəlirlərin leqallaşdırılmasından gedir. Prokurorluğun məlumatına görə, adı çəkilən bitkoinin dəyəri mənimsənilərkən 39 215 820 ABŞ dolları olub. İyulun 6-da məhkəmə Baçiaşvilini 2,5 milyon lari məbləğində girov müqabilində azadlığa buraxıb. O, özünü təqsirli hesab etmir. Cinayət 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.