Amerikalı senator Cin Şahin bildirib ki, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili onunla və konqresmen Mayk Ternerlə görüşməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz cənab İvanişvili ilə görüş tələb etdik. O, bizimlə görüşməkdən imtina etdi, lakin burada eşitdiyimiz hər şeyə əsasən, ölkədə əsas qərar verən şəxsdir və bizimlə görüşməkdən imtina etməsi hələ də məyusedicidir”, - deyə Şahin Tbilisiyə səfərindəki yekun mətbuat konfransında bildirib.
Avqustun 10-da senator Şahin və konqresmen Terner hökumət administrasiyasında baş nazir İrakli Kobaxidze ilə görüşüblər. Görüşdə xarici işlər naziri İlya Darçiaşvili də iştirak edib.
“Baş nazirin özünün və administrasiyasının Amerika ilə münasibətləri yaxşılaşdırmaq üçün vermək istədiyi heç bir təklifi verməməsi məyusedicidir. Bizdə olan bir sıra narahatlıqlardan, hətta Amerikanın Gürcüstanda dövlət çevrilişi planlaşdırması barədə bəyanatdan da danışdıq ki, bu, tamamilə yalandır.
Ümid edirəm ki, Baş nazir və onun hökuməti Gürcüstanla 30 ildirki mövcud olan əlaqələrimizi yaxşılaşdırmaq üçün gələcəkdə əllərindən gələn addımları atacaqlar. Baş nazirin bu münasibətləri davam etdirməkdə maraqlı olmaması və ya maraqlı görünməməsi məyusedicidir”, - Cin Şahin bildirib.
Cin Şahin mətbuat konfransında “xarici agentlər” haqqında rus qanununa da toxunub və qeyd edib ki, Gürcüstan hökumətinin Rusiyanın maraqlarını əks etdirən qanun qəbul etməsi ona aydın deyil: “Təəssüf ki, sizə demək istəyirəm ki, ölkənizin 20%-nin Rusiya tərəfindən işğal edildiyi bir ölkədə hökumətin Rusiyanın maraqlarını əks etdirən və vətəndaşların iradəsinə zidd olan qanun qəbul etməsini anlamaq mənim üçün çətindir. Mən bunu başa düşə bilmirəm, çünki Gürcüstan vətəndaşları ilə danışanda eşitdiyimiz, onların bunun əleyhinə olduqlarıdır”.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Bidzina İvanişvilinin amerikalı tərəfdaşlar ilə görüşdən imtina etdiyini təsdiqləyib. Kobaxidzenin dediyi kimi, onlar səbəbləri “çox aydın” və “birbaşa” izah ediblər.
“Bu izahatın nə dərəcədə ictimailəşə biləcəyinə gəlincə, bu, Bidzina İvanişvlidən, amerikalı tərəfdaşlarımızdan asılıdır. Əgər bunun ictimailəşdirilməsi gündəmdədirsə, müvafiq tərəflər qərar verəcəklər”, - Kobaxidze jurnalistlərə bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, dünən keçirilən görüşdə o, senator və konqresmenə, eləcə də ABŞ-ın Gürcüstandakı səfirinə Gürcüstan hökumətinin amerikalı tərəfdaşlarından nə gözlədiyini “səmimi şəkildə” deyib.
“Bizim mesajlarımız çox təfərrüatlı və konkret idi. Görüşdə mən də qeyd etdim və bir daha demək istəyirəm ki, Gürcüstan kiçik ölkədir, Amerika Birləşmiş Ştatları çox böyük, qlobal təsirə malik ölkədir. Gürcüstan bu münasibətlərdə çox şeyi dəyişə bilməz, hər şey bizim amerikalı tərəfdaşlarımızın əlindədir. Növbəti addımları gözləyirik. Mən amerikalı tərəfdaşlarımıza gələn ildə onlardan nə gözlədiyimizi ətraflı izah etdim. Biz son 4 ildə baş verənlərin bir daha təkrarlanmayacağını gözləyirik. Əgər yanaşmalar keyfiyyətcə dəyişirsə, bu halda münasibətlərin yenidən başlamasına heç nə mane olmur. Əsas odur ki, ədalət, ədalətli yanaşma olsun, belə olan halda münasibətlər həddindən artıq yüklənəcək və bir çox görüşlərdə həm şəxsim, həm də amerikalı tərəfdaşlar tərəfindən qeyd edildiyi kimi, bu münasibətlərin həddən artıq yüklənməsi eyni dərəcədə necəki Gürcüstanın, eləcə də ABŞ-ın maraqlarına daxildir”, - deyə İrakli Kobaxidze bildirib.
Demokrat senator Cin Şahin və respublikaçı konqresmen Mayk Terner avqustun 9-da Tbilisidə rəsmi səfərdə olublar. Onlar Gürcüstanın prezidenti, baş naziri, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər. Prezident Salome Zurabişvilinin sözlərinə görə, onların səfəri Amerika Birləşmiş Ştatlarının Gürcüstana qəti dəstəyinin daha bir sübutudur.
Bu, “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin amerikalı tərəfdaşlarla görüşdə iştirakdan ilk imtina etməsi halı deyil. May ayında o, rus qanununun qəbulu fonunda Tbilisiyə səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayenlə görüşməyib. Hətta o zaman İrakli Kobaxidze açıqlama verərək “de-fakto sanksiyalar” bitən kimi istənilən görüşün mümkün olacağını bildirib. O’Brayen cavabında bildirib ki, hazırkı mərhələdə Bidzina İvanişviliyə qarşı heç bir sanksiya yoxdur. “Belə bir nüfuzlu şəxsin bu qədər yanlış məlumatlandırılması şok və məyusedicidir. Baş nazirin Gürcüstanın tərəfdaşlarından birinin bu vətəndaşla görüşə bilməməsinin səbəbinin bu olduğunu deməsi, ölkənin Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün beynəlxalq tərəfdaşlarla işləmək üzrə konstitusiya öhdəliyindən fərdi maraqları üstün tutmaqdır”, - O’Brayen bildirib.