İvanişvilinin yanında ona axmaq ideyalar irəli sürdüyünü deyəcək heç kimi yoxdur - Mitçel

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Amerikalı analitik, 2012-ci ildə “Gürcü Arzusu”nun məsləhətçisi olmuş Kolumbiya Universitetinin professoru Linkoln Mitçel deyir ki, Bidzina İvanişvilinin yanında ona axmaq ideyalar irəli sürdüyünü deyəcək heç kim qalmayıb. Mitçel bu şərhləri Helsinki Komissiyasının Gürcüstan, Qırğızıstan və Macarıstan da daxil olmaqla müxtəlif ölkələrdə rus tipli “xarici agent” qanunlarının yayılması ilə bağlı dinləmələr təşkil etdiyi ABŞ Konqresində edib.

“Bu qanunun qəbulu ilə bağlı verdiyim sual niyə və niyə indi”dir. Çoxları bunun Moskvadan gəldiyini güman edir və düşünür ki, Kremldə kimsə telefonu götürüb Gürcüstanın ən böyük lideri olan Bidzina İvanişviliyə zəng vurur və deyir: “Biz bunu etmək istəyirik. Düşünürəm ki, Rusiyanın onların bunu etməsini istədiyini söyləmək asan izah olunan haldır, bu, əlbəttə ki, mümkündür, lakin biz bunu bilmirik”, - Mitçel bildirib. Onun sözlərinə görə, İvanişvilinin qanunu Rusiyanın tapşırığı əsasında qəbul edib-etməməsinin mahiyyətcə əhəmiyyəti yoxdur, çünki yekun nəticəyə Rusiya nəzarət edir.

“Gürcüstan hökumətində heç bir formal rolu olmayan Gürcüstan lideri Bidzina İvanişvilinin şıltaqlığı burada ABŞ-da və Qərbdə çox vaxt lazımınca qiymətləndirilmir. Bidzina belə edir: ağlına bir ideya gəlir, onu təqdim edir və həyatda əsas vəzifəsi ona yaxın olmaq, Gürcüstanda ondan gələn gücə və pula yaxın olmaq olan insanların əhatəsində olur. Buna görə də heç kim “Hey, bu olduqca axmaq bir ideyadır” demir, baxmayaraq ki, əslində olduqca axmaq bir ideyadır. Beləliklə, o, dayanmadan hərəkət edir”, - Mitçel qeyd edib.

Onun sözlərinə görə, “xarici agentlər” haqqında qanun Rusiya üçün yaxşıdır, Gürcüstan üçün, onun demokratik trayektoriyası və Qərb istəkləri üçün pisdir.

Linkoln Mitçel ABŞ-ın sanksiyaları mövzusuna da toxunub və bildirib ki, nüfuzlu şəxslərə və onların ailə üzvlərinə sanksiya tətbiq edilməsi təsir göstərə bilər: “O [İvanişvili] özünü artıq sanksiyaya məruz qalmış biri hesab edir. Yəqin ki, bu qanun layihəsinin arxasında duran səbəblərdən biri də budur. Düşünürəm ki, sanksiyalar öz təsirini göstərəcək, sanksiyaya məruz qalanların buna sevinəcəyini düşünmürəm. Yaxşıdır, çünki, bu zaman hökuməti düzgün iş görməyə məcbur edirsən, məsələn, azad, ədalətli seçkilər keçirmək və onu saxtalaşdırmamağa. Sanksiyalar belə vasitələrdən biri ola bilər”.

Helsinki Komissiyası qeyd edir ki, son bir neçə ildə müxtəlif ölkələrdə “xarici agentlər” haqqında rus tipli qanunlar çoxalıb və bu qanunlar xarici maliyyə və təsirin şəffaflığının təmin edilməsi bəhanəsi ilə əsaslandırılsa da, faktiki olaraq vətəndaş cəmiyyətinə nəzarət və onun məhdudlaşdırılması üçün istifadə olunur. Komissiyanın bildirdiyinə görə, bu ölkələrin hökumətləri bu qanunların ABŞ-da və digər demokratik ölkələrdə gizli xarici təsirin daha çox şəffaflığını təmin etmək, təbliğat və zərərli xarici təsirlə mübarizə aparmaq üçün yaradılmış şəffaflıq və ya lobbiçilik qanunlarına bənzədiyi barədə yalan məlumatlar yayırlar. Helsinki Komissiyasının qiymətləndirməsinə görə, “Gürcü Arzusu”nun parlament çoxluğu tərəfindən mayın 28-də təsdiq edilən “xarici agentlər” haqqında qanun, vətəndaş cəmiyyətini repressiya etmək üçün avtoritar alətdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur