İvanişviliyə və rus qanununu dəstəkləyən deputatlara qarşı sanksiyalar - Avropa Parlamentində qətnamə

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu”nun rus qanunu ilə bağlı Avropa Parlamentində iki qətnamə layihəsi - Avropa Xalq Partiyası (APP) Yaşıllar/Avropa Azad Alyansı (Verts/ALE) adından qeydə alınıb. Avropa Parlamentinin deputatları qanunun qəbuluna səs verəcək Gürcüstan parlamentinin deputatlarına və “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə çıxış edirlər. Bundan əlavə, qətnamə Gürcüstan üçün nəzərdə tutulan bütün maliyyə yardımlarının verilməsi üçün ilkin şərt kimi qanunun hüquq sistemindən çıxarılmasını tələb edir. Qətnamə aprelin 25-də Avropa Parlamentində səsə qoyulacaq.

Müəllifləri arasında Avropa Parlamentinin deputatları Miriam Leksman, Maykl Qaller, Rasa Yuknevikiene, David Makallister, Andrius Kubilius və başqalarının da olduğu Avropa Xalq Partiyasının qətnaməsində oxuyuruq, “Gürcü Arzusu” partiyası bu qanunu ötən ilin yazında qəbul etməyə çalışsa da, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə kütləvi etirazlar və qınaqlardan sonra, eləcə də Gürcüstanın Avropa İttifaqına namizəd olmaq şansını təhlükəyə atmaq istəmədiyi üçün onu geri götürmək məcburiyyətində qalıb.

Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük qrupa malikdir. Avropa Parlamenti öz qətnamə layihəsinə əsasən:

“1. “Gürcü Arzusu” partiyası tərəfindən xarici təsir agentləri haqqında qanun layihəsinin yenidən parlamentə təqdim edilməsindən ciddi narahatlığını bildirir; hesab edir ki, bu cür qanunvericilik öz mahiyyətinə və ruhuna görə Aİ dəyərlərinə və demokratik prinsiplərə uyğun gəlmir; qanun layihəsinin Komissiyanın Gürcüstana namizəd statusu ilə bağlı verdiyi tövsiyəsinin ən azı iki addımını - birinci və doqquzuncu addımlarını pozduğunu vurğulayır;

  1. Xarici təsir agentləri haqqında rus tipli qanunun qəbulunun Gürcüstanın Avropayönlü yoluna ciddi xələl gətirəcəyindən narahatlığını bildirir və hesab edir ki, bu cür qanunvericiliyin Gürcüstanın hüquqi nizamının bir hissəsi olduğundan, üzvlük danışıqlarının başlanmasını tövsiyə edən istənilən qərar həmişəlik dayandırılmalıdır; hesab edir ki, hökumətin 2023-cü ildə üzərinə götürdüyü ictimai öhdəlikləri pozaraq qanun layihəsinin yenidən təqdim edilməsi aktı ilə Gürcüstanın reputasiyasına xələl gətirilib və Avro-Atlantik istəkləri təhlükə altındadır, ona görə ki, qanun layihəsi Gürcüstanı Rusiya Federasiyası və digər həmfikir ölkələrlə eyni yola salır;
  2. “Xarici təsir agentləri haqqında” qanunun hökumətin fəaliyyətinin yoxlanılması və monitorinqi üçün ən yaxşı və effektiv qurum olan müstəqil qeyri-hökumət təşkilatlarının və KİV-lərin işinə xələl gətirməsindən narahatdır; xəbərdarlıq edir ki, qanun qəbul olunarsa, bu, Gürcüstanda nəzarət və tarazlıq sistemini zəiflədəcək;
  3. Hesab edir ki, bu cür qanunvericilik gürcü xalqının istəklərinə ziddir; [Avropa Parlamenti] bu qanun layihəsinə etiraz edən Gürcüstan xalqının yanındadır və onların siyasi azadlığa, azad mediaya və açıq cəmiyyətə tam hörmət edən, insan hüquqlarını qoruyan firavan, korrupsiyasız ölkədə yaşamaq istəklərini dəstəkləyir;
  4. Hesab edir ki, qanun qəbul ediləcəyi təqdirdə Avropa İttifaqı onun lehinə səs verən Gürcüstan parlamentinin bütün üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir; bir daha Şuranı “Gürcü arzusu” partiyasının fəxri lideri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi məsələsinə baxmağa çağırır; qanun qəbul ediləcəyi təqdirdə, o, Komissiyadan Gürcüstan üçün nəzərdə tutulan bütün maliyyə yardımlarının göstərilməsi üçün ilkin şərt kimi bu qanunun hüquqi çərçivədən çıxarılmasını müəyyən etməyə çağırır.
  5. Hesab edilir ki, “xarici təsir agentləri haqqında” qanun layihəsinin qəbul edilməsinin mümkün mənfi nəticələrini nəzərə alaraq, Komissiya doqquz tövsiyənin icrasına dair aralıq hesabat hazırlamalıdır. İstisna olaraq, illik hesabat oktyabrın əvvəlində təqdim edilməlidir;
  6. “Gürcü Arzusu” partiyasına müraciət edərək, Gürcüstanın Avropa gələcəyi perspektivini təhlükə altına atmamaq üçün xarici təsir agentləri haqqında qanun layihəsini qəbul etməkdən çəkinməyə və onu ləğv etməyə çağırır;
  7. Avropa Parlamentinin Sədrini bu qətnaməni Komissiyanın Vitse-Prezidentinə / İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə, Şuraya, Komissiyaya, Üzv Dövlətlərin hakimiyyət orqanlarının və parlamentlərinin nümayəndələrinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və Gürcüstan Prezidentinə, Hökuməti və Parlamentinə göndərməyə çağırır”.

“Gürcü Arzusu” aprelin 17-də rus qanununu birinci oxunuşda qəbul edib, bu qanun hökumətdən maliyyə cəhətdən müstəqil olan media və qeyri-hökumət təşkilatlarını “xarici agent” elan edir. Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq təşkilatlar Gürcüstan hakimiyyətini Avropa Birliyinin dəyərlərinə uyğun gəlməyən, medianın və mülki sektorun azadlığını və mövcudluğunu təhdid edən bu qanunu qəbul etməməyə çağırıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur