Avropa İttifaqı Şurasının qərarına əsasən, iyunun 25-dən etibarən “Rusiya təbliğatını yayan və dəstəkləyən” 4 Rusiya KİV-nin Avropa İttifaqında fəaliyyəti qadağan ediləcək. Bunlar “Ria Novosti”, “Avropanın Səsi”, “İzvestiya” və “Rossiyskaya Qazeta”dır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Rusiya cavab tədbirləri hazırlayıb və yaxın vaxtlarda bunu elan edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avropa İttifaqı Şurasının məlumatına görə, adıçəkilən KİV-lər Rusiya Federasiyası rəhbərliyinin birbaşa və ya dolayısı ilə daimi nəzarəti altındadır və Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin dəstəklənməsi, eləcə də qonşu dövlətlərdə sabitliyin pozulmasında mühüm rol oynayıb.
“Rusiya Federasiyası Ukraynaya qarşı tammiqyaslı təcavüzə haqq qazandırmaq və dəstəkləmək, qonşu ölkələrə, Avropa İttifaqına və onun üzvlərinə qarşı sabitliyi pozmaq strategiyasını gücləndirmək üçün media və informasiya manipulyasiyası, müdaxilə və faktların ciddi şəkildə təhrif edilməsi ilə bağlı sistemli beynəlxalq kampaniyada iştirak edir. ”, - deyə Avropa İttifaqı Şurası hesab edir.
Bununla belə, Şura qeyd edir ki, Əsas Hüquqlar Xartiyasına uyğun olaraq, qadağa bu KİV və onların əməkdaşlarının Aİ-də araşdırma və müsahibə aparmasına mane olmayacaq.
Martın sonunda Çexiya hakimiyyət orqanları Avropa Parlamentinə seçkilərə müdaxilə də daxil olmaqla, Avropada ictimai rəyə təsir etməyə çalışan rusiyayönlü şəbəkəni ifşa etdiklərini açıldıqladı. Praqada yerləşən “Avropanın Səsi” (Voice of Europe) Rusiya hökuməti, habelə rusiyayönlü ukraynalı siyasətçi Viktor Medvedçuk və onun yaxın adamı Artem Marçevski tərəfindən maliyyələşdirilən və nəzarət edilən bu şəbəkənin bir hissəsi kimi hallandırılıb. Çexiya “Avropanın Səsi”nin Aİ-nin sanksiyalar siyahısına daxil edilməsini dəstəkləyib.
2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropa İttifaqı Kremlin təbliğat vasitələri - “Russia Today” və “Sputnik”in işini dayandırıb.