Beynəlxalq jurnalist araşdırmasına görə, “Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişvilinin ailəsinin Moskvanın nüfuzlu rayonlarında iqamətgahları və torpaq sahələri var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Araşdırmasının həmmüəllifi “Beynəlxalq Şəffaflıq - Gürcüstan”ın məlumatına görə, Sokol və Odintsovo rayonlarında İvanişvililər iki fərdi evə (795,6 və 614,5 kv.m.) sahibdirlər ki, onlardan biri 9 ayrı-ayrı torpaq sahəsindən ibarət, daxilində 3 qaraj və 9 əlavə tikili olan 52 749 kv.m-lik həyətlə həmsərhəddir. Aşkar edilmiş əmlakın təxmini bazar dəyəri ən azı 14,7 milyon dollardır. Mülklər Bidzina İvanişvilinin həyat yoldaşı Ekaterine Xvedelidzenin, oğlu Uta İvanişvilinin və Rusiyanın “Aqua-Space” MMC şirkətinin adına rəsmiləşdirilib.
“Bu, bir daha təsdiqləyir ki, hakim partiya liderləri tərəfindən bu günə qədər səsləndirilən Bidzina İvanişvilinin 2011-ci ildə Rusiya ilə bütün əlaqələri kəsmək vədi yalan imiş. Onun ailəsi münasibətləri kəsmək əvəzinə, Moskvadaki mülkünün genişləndirilməsi ilə məşğuldur”, - “Beynəlxalq Şəffaflıq-Gürcüstan” bildirir.
Jurnalist araşdırmasına görə, Moskva ətrafında, Sokol qəsəbəsində yerləşən evin şərikli sahibi Uta İvanişvilidir və Gürcüstan mətbuatında yayılan məlumatlara görə, hələ də Rusiya vətəndaşıdır. Araşdırmaya görə, İvanişvililər ailəsi sözügedən evi məşhur rus rejissoru Andrey Perşinə (təxəllüsü Jora Krıjovnikov) ayda təxminən 9 min dollara icarəyə verib. İcarəni Vircinya adalarında qeydiyyatdan keçmiş ofşor şirkət olan “Vanity Overseas Limited” vasitəsilə Bidzina İvanişviliyə məxsus şirkət olan “Aqua-Space” MMC təmin edir. Araşdırmaya görə, “Aqua-Space” icarədən əldə etdiyi gəlirin böyük hissəsini şəxsən Bidzina İvanişvilinin həyat yoldaşı Ekaterine Xvedelidzeyə köçürür. Beləliklə, 2022-ci ilin sentyabrından sonra Ekaterine Xvedelidze təxminən 94.000 ABŞ dolları gəlir əldə etdedibi.
Bidzina İvanişvili 2013-cü ildə baş nazir kimi təqdim etdiyi yeganə bəyannamədə Moskva əmlakının bir hissəsini qeyd edib. Lakin jurnalist araşdırması müəyyən edib ki, əmlakın böyük hissəsi son illərdə alınıb və Ekaterine Xvedelidzenin adına rəsmiləşdirilib.Xüsusilə, Odintsovo rayonunda 2021-ci ildə üzərində bir neçə tikili olan əlavə 2 bitişik torpaq sahəsi (ümumi sahəsi 9070 kv.m), o cümlədən 795,6 kv.m. sahəsi olan fərdi yaşayış evi və cəmi bir neçə ay əvvəl, 19 aprel 2024-cü ildə - 4500 kv.m başqa bir torpaq sahəsi alıb. Bundan əlavə, Odintsovo iqamətgahının və 2024-cü ildə alınan torpaq sahəsinin əvvəlki sahibi Bidzina İvanişvilinin əmisi oğlu Uça Mamatsaşvili olub.
Jurnalist araşdırmasının müəllifləri “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya dair Reportaj Layihəsi” (SCOOP), “Beynəlxalq Şəffaflıq-Gürcüstan”, “Studio Monitor”, “İdarəetmə Monitorinqi Mərkəzi” (GMC), “Ai Fakt” və “iStories”dir. Onların məlumatına görə, Bidzina İvanişvili, həyat yoldaşı və oğlu məsələni şərh etmələri barədə müraciətə cavab verməyib.