Jurnalist, “Dağ Xəbərləri” və “Gürcüstan Xəbərləri” nəşrlərinin baş redaktoru Qela Mtivlişvili Xatiaşvililər ailəsinin Tbilisi şəhəri, Kekelidze küçəsi N1 ünvanındakı mənzilindən çıxarılmasını işıqlandırarkən saxlanılıb. Polis azı 15 nəfəri saxlayıb. Onlardan bəziləri Vake polis idarəsinə aparılıb, bəzilərinin isə harada olduğu məlum deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qela Mtivlişvilinin sözlərinə görə, saxlanmadan sonra kriminal polisin nümayəndələri polis maşınında onun boynunu sıxıblar. Jurnalist İnzibati Xətalar Məcəlləsinin hüquq-mühafizə orqanının əməkdaşının qanuni tələbinə tabe olmamağı nəzərdə tutan 173-cü maddəsini pozmaqda ittiham olunur.
Vəkillərin verdiyi məlumata görə, saxlanılanların bəziləri barəsində cinayət qanunvericiliyinin maddələri ilə işə başlanıb. Daxili İşlər Nazirliyi saxlanılmalarla bağlı açıqlama verməyib.
Bu gün, yanvarın 23-də, səhər saatlarında Milli İcra Bürosunun əməkdaşları Xatiaşvili ailəsini Kekelidze №1-də yerləşən mənzildən çıxarmağa başlayıblar ki, bu da hadisə yerinə toplaşan vətəndaşların etirazına səbəb olub. Onlar binanın girişinin dəmir qapısını möhürləsələr də, mühafizə polisinin nümayəndələri patrul polisi və fövqəladə hallar idarəsinin əməkdaşlarının köməkliyi ilə qapını açıb və mənzilə daxil ola biliblər, bundan sonra ailə və onların tərəfdarlarını mənzildən zor gücü ilə çıxıblar.
Məcburi çıxarılma zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri deyir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olduqdan sonra gözyaşardıcı qazdan istifadə ediblər. İcra Bürosu bunu təkzib edir və bildirir ki, “əksinə, mənzildə olan şəxslər guya prosesi pozmaq üçün xilasetmə xidmətinə və icra polisinə qarşı bibər qazından istifadə ediblər və bu zaman bir neçə polis əməkdaşı xəsarət alıb”.
Polis jurnalistlərə qarşı da güc tətbiq edib. “Mautskebeli”nin jurnalisti maşının üzərində dayanıb hadisələri canlı yayımlayarkən polis onu tutub əl zərbəsi ilə yerə yıxıb. Sözügedən KİV-in məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları daha üç jurnalistə fiziki təzyiq göstəriblər.
Mənzilin keçmiş sahibi, ipotekadan zərər çəkən Marina Xatiaşvili deyir ki, o, pulu 2008-ci ildə “Gürcüstan Bankı”ndan kredit olaraq götürüb, lakin 2013-cü ildə ödəmənin ay yarım gecikməsinə görə iş məhkəməyə verilib və bank işçisi onu şəxsi ipotekaçılara yönləndirib. Sonda Xatiaşvili ailəsi “Gürcüstan Bankı”na 20 min ABŞ dolları məbləğində 10 illik kredit üçün 5 il ərzində 43 min dollar, özəl ipoteka götürənlərə isə ümumilikdə 80 min dollar ödəyib. İcra Bürosu ötən illər ərzində bir neçə dəfə ailəni evdən çıxarmağa cəhd edib.