Tbilisi Şəhər Məhkəməsi Qiorqi Qabunianın “Rustavi 2”dən işdən çıxarılmasını qanunsuz hesab edib və teleşirkəti onun xeyrinə təzminat ödəməyə məcbur edib. “Rustavi 2”də “Post Scriptum” verilişinin aparıcısı olan Qabunia 2019-cu ilin avqustunda işindən çıxarılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qiorqi Qabunianın işdən çıxarılması qeyri-qanuni hesab edilib, ona görə də “Rustavi 2”, onu qanunsuz işdən çıxaran keçmiş işəgötürəni təzminat ödəməyə məcburdur. Həmçinin, bizim irəli sürdüyümüz digər iddia tələbləri də təmin edildi - həm Qiorqi Qabunianın qeyri-qanuni işdən çıxarılması, həm də qəbuledilməz gəlir formasında”, – jurnalistin məhkəmədəki maraqlarını müdafiə edən “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının vəkili Teona Zakaraşvili bildirib.
Vəkilin sözlərinə görə, məhkəmənin qərarı ilə təsdiq olunub ki, Qiorqi Qabunianın işdən çıxarılması “Rustavi 2”nin dəyişmiş rəhbərliyinin qanunsuz qərarlarından biridir.
“Rustavi 2”yə qarşı məhkəmədə teleşirkətin keçmiş işçiləri – Diana Cocua, Nodar Meladze və Nanuka Jorjoliani də qalib gəlib. İki instansiya məhkəməsi Eka Kvesitadzenin işdən çıxarılmasını isə qanuni hesab edib. Jurnalist prosesi davam etdirmək və Ali Məhkəməyə şikayət etmək niyyətindədir.
“Rustavi 2” televiziya şirkətində kadr dəyişiklikləri 2019-cu ilin iyulunda, Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra televiziya şirkətinin səhmlərinin onun keçmiş sahibi, iş adamı Kibar Xalvaş tərəfindən yenidən əldə edildiyi zaman başlayıb. Xalvaş, kanalın o vaxtkı baş direktoru Nika Qvaramiyanı işdən çıxarıb və onun yerinə öz vəkili Paata Salianı təyin edib. Avqustda Paata Salia kanalın aparıcı jurnalistlərini, o cümlədən məlumat xidmətinin rəhbəri Nodar Meladzeni və verilişlərin aparıcıları - Qiorqi Qabunia, Eka Kvesitadze və Nanuka Jorjolianiyi vəzifəsindən azad edib. Etiraz əlaməti olaraq “Rustavi 2”ni, demək olar ki, bütün komanda tərk edib. Təxminən bir aydan sonra, onlar Nika Qvaramiyanın rəhbərliyi altında “Mtavari Arxi” televiziyası təsis ediblər.