“Jurnalistləri Müdafiə Komitəsi”nin nümayəndəsi Nika Qvaramiyanın yanına həbsxanaya daxil ola bilməyib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Fövqəladə Hallar Departamentinin direktoru Lüsi Uestkott “Mtavari Arxi” teleşirkətinin baş direktoru Nika Qvaramiya ilə görüşmək üçün Rustavidəki 12-ci Cəzaçəkmə Müəssisəsinə daxil ola bilməyib.

“Mtavari Arxi”nin məlumatına görə, beynəlxalq qurum həbsxanaya qəbul olunmaq üçün Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət etsə də, qurumdan cavab almayıb.

“Nikanı həbsxanada ziyarət edə bilmədiyimixə görə məyus olduq. Biz narahatıq ki, Nika Qvaramiya Gürcüstanda həbsdə olan yeganə jurnalistdir və eyni zamanda “Jurnalistləri Müdafiə Komitəsinin” məhbuslar siyahısına daxil edilmiş ilk və yeganə gürcü jurnalistdir. Jurnalistləri Müdafiə Komitəsi bir neçə başqa təşkilatla birlikdə aprel ayında Gürcüstan prezidentinə məktub göndərərək onu və Gürcüstan hökumətini Nika Qvaramiyanı azad etməyə çağırıb. Bu çağırışı bir daha təkrar edirik. Hansısa ölkədə jurnalist həbs olunanda bu, təkcə ölkədəki digər jurnalistlərə deyil, sadə vətəndaşlara da pis siqnal verir. Hesab edirik ki, Nika Qvaramiyaya qarşı irəli sürülən ittihamlar onun müstəqil jurnalist fəaliyyətinə görə siyasi qisasdır”, - “Mtavari Arxi” Nika Qvaramiyanın həyat yoldaşı və vəkili ilə birlikdə Rustavi həbsxanasına Nika Qvaramiyanın yanına gələn Lüsi Uestkotdan sitat gətirir.

Ədliyyə Nazirliyi beynəlxalq təşkilatın nümayəndəsinin məhbusla niyə görüşə bilmədiyinə açıqlama gətirməyib.

Mayın 16-da “Mtavari Arxi” teleşirkətinin təsisçisi və baş direktoru Nika Qvaramiyanın həbsindən bir il ötür. 2022-ci il noyabrın 2-də Tbilisi Apellyasiya Məhkəməsinin kollegiyası Qvaramiyaya verilən 3,6 il həbs cəzasını qüvvədə saxladı. Lakin apellyasiya məhkəməsi birinci instansiyanın hökmünü qismən dəyişdirdi.

Qvaramia “Rustavi 2”-yə məxsus avtomobildən şəxsi məqsədlər üçün istifadə etdiyinə görə (vəzifə səlahiyyətlərindən sui-istifadə) həbs edilib, çünki Tbilisi Şəhər Məhkəməsi 16 may 2022-ci il tarixli hökmü ilə onu ittihamın ikinci epizodunda- “Rustavi 2”yə 6 763 509 lari ziyan vurması hissəsində 50 min lari məbləğində cərimə tətbiq edib. Apellyasiya Məhkəməsi ona bu epizoda görə də həbs cəzası verib.

Nika Qvaramiyanın işindən Ali Məhkəməyə şikayət verilib və ona hakimlər kollegiyası (Levan Tevzadze, Merab Qabinaşvili və Nino Sandodze) baxmalıdır. Vəkillərin sözlərinə görə, iyunun 22-I qanunla müəyyən edilmiş son tarixdir, Ali Məhkəmə yekun hökmü elan etməlidir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur