“İşçilərimizin tələb etdiyi 15 % əlavə əmək haqqı artımı şirkətə illik 10 milyon dollar xərcdir. Bu gün təxmini maliyyə itkilərimiz 12 milyon dollardır. Maliyyə öhdəliklərimizi təxirə salmaq üçün dövlətdən maksimum dəstəyimiz olduğu bir fonda maaşın 10 milyon dollar artırılmasını tələb etmək çox məntiqsizdir”, - Bu barədə “Georgian Manganese” şirkətinin Əməliyyat İdarəetmə direktoru Laşa Tutberidze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün Çiatura və Tbilisidə mədənçilərin etirazları fonunda şirkət rəhbərliyi mətbuat konfransı keçirib. Laşa Tutberidze deyir ki, iyunun 18-də vasitəçinin iştirakı ilə keçirilən danışıqlarda maaşlarının 5 faiz artırılması təklif olunub, ancaq işmilrin tələbi 20 faiz idi.
“Şirkət illərdir Çiaturada görülən işlərlə bağlı zərərdədir. Biz şirkətin maliyyə vəziyyətini, əlavə olaraq 15 % əmək haqqı artımı üçün resurslarının olub-olmadığını öyrənmək üçün müstəqil auditoru dəvət etməyə hazırıq. Eyni zamanda, itkilərimiz təsdiqləndikdə şirkət gələcək maliyyə nəticələri ilə əlaqədar olaraq maaş artımına hazır olduğunu bəyan edir”, - Tutberidze bildirib.
Onun sözlərinə görə, “Georgian Manganese” ilə işçilər digər məsələlərdə “prinsipcə razılaşıblar”.
“Georgian Manganese”in işçiləri iki həftə əvvəl tətilə çıxıb və 14 tələb irəli sürüblər ki, bunlardan da başlıcası əmək haqqının 40 % artırılması və mövcud iş qrafikinin/planının fevral ayına kimi dəyişməz qalmasıdır. Çiatura şəhər meriyasının qarşısındakı çadırda on şaxtaçı səkkizinci gündür aclıq aksiyası keçirir. Biri işmi ağzını, digəri isə gözünü tikib. Daha bir şaxtaçı əlinə xəsarət yetirib.
Etirazın 14-cü günü aksiya iştirakçılarının ifrat etiraz formalarına əl atmasından sonra “Georgian Manganese” bəyanat yayaraq, şirkət aşağıdakı qərarları qəbul edib:
- 2023-cü il fevralın 1-dək qüvvədə olan köhnə iş şəraitinə qayıtmaq - 12 saatlıq iş qrafiki ilə;
- Birinci mərhələdə əmək haqqı 5% artacaq. Şirkət həm gəlirliliyin artması ilə birgə, işçilərin maaşlarını da mərhələli şəkildə artırmağa hazırdır;
- Şirkətdə auditin aparılması;
- “Georgian Manganese” eyni zamanda işçilərin tələblərini, problemlərini və onların yaranma səbəblərini öyrənəcək, vəziyyəti düzəltmək yollarını müzakirə edəcək, işçinin iş şəraiti və onun təyin olunmuş normalar ilə müvafiqliyi ilə yerində tanış olacaq birgə işçi komissiyası yaratmağa hazırdır; Həmçinin iş prosesinin təşkilinin köhnə üsulu və müəssisənin tələb etdiyi yeni iş prosesinin zəruriliyi və iqtisadi məqsədəuyğunluğun zəruriliyi.
Tətil edən mədənçilər üçün maaşını 5 % artırılması qəbuledilməzdir. Bu gün, iyunun 19-da onların bəziləri Tbilisiyə gəlib və parlament binası qarşısında aksiya keçiriblər.