Karelidə yol qəzası zamanı 2 polis əməkdaşı həlak olub, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlara sərxoş sürücü çırpılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Kareli vilayətində magistral yolda baş verən yol-nəqliyat hadisəsi nəticəsində polis mayoru, 51 yaşlı Omar Kareli və polis baş leytenantı, 31 yaşlı Vano Basanidze həlak olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yüksək sürətlə hərəkətdə olan sürücü huşsuz vəziyyətdə avtomobil yolunun kənarında dayanan patrul polisinin ekipajına çırpılıb. Avtomobildə əyləşən patrul polisinin əməkdaşları hadisə yerindəcə keçiniblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 31 yaşlı daha əvvəl məhkum olmuş Q.L.-ni saxlayıblar. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsinin 9-cu hissəsi, yəni sərxoş vəziyyətdə iki nəfərin ölümünə səbəb olan yol hərəkəti təhlükəsizliyi qaydasını pozmaq işi üzrə aparılır. Cinayət 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

DİN-in statistik göstəricilərinə görə, 2023-cü ilin birinci rübündə Gürcüstanda 1153 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 93 nəfər həlak olub, 1480 nəfər xəsarət alıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur