Amerikanın nüfuzlu “The New York Times” nəşri səyahətçilərin 2023-cü ildə ziyarət etməyi tövsiyə etdiyi yerlərin siyahısını hazırlayıb. 52 yer arasında Kaxetinin də adı var. “Dağların zirvələrinə səpələnmiş kiçik kəndlərdə və yaşıl tarlalarda təzə ləzzətlər və qədim şərabçılıq ənənələri”. - yazıçı Evan Reilli Kaxetini belə təsvir edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
”8000 illik şərabçılıq ənənəsi olan dağlıq ölkə üzüm qabıqları ilə hazırlanmış şərablarla (həmçinin portağal rəngli şərabları kimi də tanınır), amfora fermentasiyası və Saperavi kimi xarizmatik üzüm növləri də daxil olmaqla şərab dünyasında bir sıra yeni tendensiyaların mərkəzindədir. Belə ki, “Wine Enthusiast”ın məlumatına əsasən, gürcü şərabının ABŞ-a ixracı son vaxtlar bir milyon şüşəni keçib və hər il təxminən 29 % artır.
Şərab həvəskarları üçün Vazisubani və Kardenaxiya kimi Kaxeti ərazilərində dequstasiya turları Qafqaz dağları ilə əhatə olunmuş kiçik şəhərlərin və yaşıl dərələrin mənzərəsində yeni şərablar kəşf etmək imkanı təklif edir.
Bir çox şərab torpağa basdırılmış ənənəvi uclu gil qablarda hazırlanır.
Daha çox təcrübə üçün yerli aşpazlar kulinariya dərsləri keçirməyə başladılar, burada qurmanlar xinkali və digər yeməklər hazırlaya bilərlər, hansı ki, bunu “Saveur” jurnalı “tərifəsığmaz mətbəx” adlandırıb”,- yazır Evan Reilli.
“The New York Times”ın tövsiyə etdiyi yerlər arasında ABŞ-ın Cənubi Karolina ştatının Qrinvil şəhəri də var ki, təsviri zamanı “The New York Times” bir daha gürcü mətbəxini xatırladır. Təxminən 70.000 əhalisi olan şəhərdə 200-dən çox restoran var. Onlardan birinin adı “Keipi”dir. Orada qurmanlar “Gürcü xaçapuri və ölkənin ən qədim şərablarını” dada bilərlər.
Amerika nəşrinin adını çəkdiyi digər maraqlı yerlər arasında Morioka və Fukuoka (Yaponiya), Monument Vadisi (ABŞ), Kenquru adası (Avstraliya), Vyosa çayı (Albaniya), Butan (Cənubi Asiya), Kerala (Hindistan), Namib səhrası (Afrika), Flores (İndoneziya), Qvadalaxara (Meksika), Nim (Fransa), Salalah (Oman), Odense (Danimarka), Buqete (Panama), Tarraqona (İspaniya) və s. var.