Ukrayna hakimiyyətinin məlumatına görə, Xerson vilayətinin anneksiya edilmiş hissəsində yerləşən Kaxovki su elektrik stansiyasının bəndi Rusiya işğalçı qüvvələri tərəfindən partladılıb. Rusiya tərəfi insidentlə bağlılığını inkar edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ukraynanın rəsmi qurumları tərəfindən yayılan videoda bəndin dağılmış hissəsi və tikililər görünür. Dnepr çayının sağ sahilində daşqın təhlükəsi ilə üzləşən yaşayış məntəqələrindən əhali köçürülür. Ən azı 16 min insan risk altındadır.
Ukraynanın "Enerqoatom" dövlət şirkəti bildirib ki, hadisə Zaporojya AES-in fəaliyyətinə mənfi təsir göstərə bilər.
“İyunun 6-na keçən gecə rus işğalçıları Kaxovski Su Elektrik Stansiyasının bəndini partladıblar. Partlayış nəticəsində su anbarında suyun səviyyəsi sürətlə aşağı düşür ki, bu da müvəqqəti işğal altında olan Zaporojye atom elektrik stansiyası üçün əlavə təhlükədir.
Kaxovka su anbarından su təchizatı atom elektrik stansiyasının turbin kondensatorları və təhlükəsizlik sistemləri üçün lazımdır”, - “Enerqoatom” elan edib və qeyd edib ki, hazırda AES-də vəziyyət nəzarət altındadır.
Hadisə ilə bağlı Ukrayna Milli Təhlükəsizlik Şurası növbədənkənar iclas keçirəcək. Prezident Vooadimir Zelenskinin sözlərinə görə, bəndi dağıtmaqla rus terrorçuları yalnız bütün dünyaya sübut edirlər ki, onlar Ukrayna torpaqlarının hər yerindən qovulmalıdırlar.
“Onlar bir metrdə belə qalmamalıdırlar, çünki hər metri terror üçün istifadə edirlər. Yalnız Ukraynanın qələbəsi təhlükəsizliyi bərpa edəcək. Qələbə olacaq. Terrorçular Ukraynanı su, raket və ya başqa bir şeylə dayandıra bilməzlər”, - Zelenski deyib.
Prezident aparatının rəhbəri Andri Ermak deyir ki, Rusiya hakimiyyəti irəliləyişi dayandırmaq, Ukrayna müdafiə qüvvələrini məğlub etmək və biabır etmək üçün çılğın məqsədlə hərəkət edir: ”Kaxovka Su Elektrik Stansiyasının dağıdılması son onilliklərdə dünyada baş verən ən böyük süni və texnogen fəlakətdir ki, bu da ətraf mühiti məhv edir və yaxın illərdə yüz minlərlə insanın həyatına mənfi təsir göstərəcək. Bugünkü Rusiya qlobal təhlükədir. Bu problem ancaq güclə həll edilə bilər”.
Rusiya tərəfi bəndin Ukrayna tərəfinin endirdiyi zərbələr nəticəsində dağıldığını iddia edir. Dövlət mediasının məlumatına görə, 80 yaşayış məntəqəsi sel təhlükəsi ilə üzləşir. İşğal altında olan Nova Kaxovka şəhərinin qondarma meri Vladimir Leontyevin sözlərinə görə, suyun səviyyəsi 10 metr qalxıb.
Qarşılıqlı ittihamlara baxmayaraq, hər iki tərəf su elektrik stansiyasının bərpa olunamayacağını deyir.
Dneprdəki Kaxovka su elektrik stansiyası ötən əsrin 50-ci illərində tikilmişdir. SES Xerson rayonunda, Nova Kaxovki şəhərindən 5 kilometr aralıda yerləşir.