Keçmiş baş nazirin partiyası “Georgian Manganese”nin fəaliyyəti barədə prokurorluğa müraciət edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Keçmiş baş nazir Qiorqi Qaxariyanın “Gürcüstan Naminə” partiyası “Georgian Manganese” MMC-nin fəaliyyəti ilə bağlı istintaqa başlamaq üçün Baş Prokurorluğa müraciət edir. Parlament üzvləri Mixeil Dauşvili və Ana Buçukurinin sözlərinə görə, dövlət tərəfindən təyin edilmiş xüsusi menecerin şirkəti qəsdən səmərəsiz idarə etməsi və korrupsiya sövdələşmələri, külli miqdarda vəsaitin mənimsənilməsi və səmərəsiz israfı barədə əsaslı ehtimal var.

“2009-2016-cı illərdə şirkət qanunvericiliyi və ətraf mühitin mühafizəsi tələblərini kobud şəkildə pozaraq, Zestafoni və Çiatura əhalisinə böyük ziyan vurub. Bundan əlavə, ətraf mühiti həddindən artıq çirkləndirmiş və yekun nəticədə ətraf mühitə dəymiş ziyan 416 milyon laridən çox olmuşdur. 2012-2016-cı illərdə dövlətin tətbiq etdiyi sanksiyalar kifayət etməmiş və şirkətin ilkin rəhbərləri ətraf mühiti çirkləndirməkdə, qanunları pozmaqda, bununla da yerli əhalinin mənafeyinə ziyan vurmaqda davam etmişdir. Bununla birgə, lisenziyanın dövlət tərəfindən dayandırılması və ya ləğv edilməsi şirkətdə çalışan şəxslərə xeyli ziyan vuracaqdı. Ona görə də məhkəmənin qərarı ilə 2017-ci ildə şirkətə xüsusi menecer təyin edilmişdir ki, onun öhdəliyi şirkətin ətraf mühitə vurduğu ziyanı aradan qaldırmaq və yerli əhalinin mənafeyini qorumaqdan ibarət olmuşdur”, - parlament üzvü Mixeil Dauşvili deyib və xüsusi menecerin ətraf mühitə dəymiş ziyanı aradan qaldıra bilməməsi və yerli əhalinin mənafeyini qoruya bilməsinə baxmayaraq, məhkəmənin qərarı ilə səlahiyyət müddətinin 2020-ci ildə 3 il, keçən il isə əlavə 2 il uzadılmasına vurğu edib.

“Dövlət tərəfindən təyin olunan şəxs faktiki olaraq 7 ilə yaxındır ki, şirkətə rəhbərlik edir və xüsusi menecer bu qədər müddət ərzində şirkətin ətraf mühitə vurduğu ziyanı aradan qaldıra bilmir.

Dövlət tərəfindən təyin olunmuş xüsusi menecer tərəfindən idarənin qəsdən, müəssisə işçilərinin, yerli əhalinin, ətraf mühitin mühafizəsi və ölkənin mənafeyi naminə deyil də, şəxsi maliyyə maraqlarını təmin etmək məqsədilə səmərəsiz aparıldığına dair əsaslı şübhələr var. Həmçinin, ciddi korrupsiya riskləri müşahidə olunur.

Bu məlumat cinayət əlamətlərini ehtiva edir, ona görə də biz prokurorluqdan istintaqa başlamasını xahiş edirik”, - deputatlar bildiriblər.

Qiorqi Qaxaria 2019-cu il sentyabrın 9-dan 2021-ci il fevralın 18-dək Gürcüstanın baş naziri olub. “Georgian Manganese” MMC-də dövlət tərəfindən təyin olunmuş xüsusi menecer, keçmişdə maliyyə cinayətlərinə görə axtarışda olan “Gürcü Arzusu”na yaxın Nikoloz Çikovaninin səlahiyyət müddəti ikinci dəfə, məhz Qaxariyanın baş nazirliyi dövründə, 2020-ci ildə uzadılıb..

“Georgian Manganese” MMC 19 dekabr 2006-cı il tarixindən 40 il müddətinə Çiatura bələdiyyəsində 16 430 hektar sahədə manqan hasilatı üçün lisenziyaya malikdir. Lisenziya elə verilib ki, əhali və ətraf mühitin mühafizəsi ilə bağlı təşkilatlar qərar qəbulunun heç bir mərhələsində iştirak etməyiblər.

Artıq 7-ci ildir ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Buaçidzenin müvəqqəti hökmünə əsasən, müəssisənin xüsusi meneceri müəssisəni elə idarə edir ki, məhkəmədə heç bir iddia qaldırılmır və mübahisə davam etmir ki, bu da vəkillərin fikrincə qeyri-qanuni və konstitusiyaya ziddir. Müəssisənin ABŞ-da qeydiyyatdan keçmiş “Georgia American Alloys Inc” özəl sahibi var və o, Lüksemburq Böyük Hersoqluğunda (ofşorda) qeydiyyatdan keçmiş eyniadlı “Georgian American Alloys Sàrl” şirkəti vasitəsilə Gürcüstanda əmlaka sahibdir. Şirkətin nəzarət paketinin sahibi ukraynalı milyarder İqor Kalomoyskidir.

“Dağ Xəbərləri”nin jurnalist araşdırması göstərdi ki, müəssisədə xüsusi idarəetmə rejimi tətbiq edildikdən sonra Çiaturi bələdiyyəsində ekoloji vəziyyət kökündən pisləşib və ekoloji fəlakətə bərabər vəziyyət yaranıb.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi “Georgian Manganese”yə xüsusi menecer təqdim etdikdən sonra artıq ətraf mühitə dəymiş ziyanı araşdırmır və qanun pozuntularına reaksiya vermir.

Ötən ilin sonunda Çiaturada manqan çıxarmaq üçün əldə olunmuş lisenziya son 17 ildə ilk dəfə şikayət olunub. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur