Gürcüstanın Avropa və Avro-Atlantik Strukturlara İnteqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşvili parlament qarşısında rus qanununa qarşı davam edən etiraz aksiyasında saxlanılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Aleksi Petriaşvili İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin tələblərinə tabe olmamanı nəzərdə tutan 166 və 173-cü maddələri ilə həbs edilir.
Bundan əvvəl xüsusi təyinatlı dəstənin üzvləri dinc nümayişçilərə qarşı bibər qazı istifadə ediblər. Həkimlər nümayişçilərə təcili tibbi yardım göstəriblər.
Daxili İşlər Nazirliyi Rustaveli prospektində keçirilən etiraz aksiyasının zorakılığa çevrildiyini, aksiya iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yerindəcə şifahi və fiziki qarşıdurma yaşadığını və bu səbəbdən xüsusi vasitədən istifadə edildiyini bildirib.
Tbilisi meriyası bəyanat yayıb ki, etirazçıların parlament binası yaxınlığında toplanması sanksiya olunmayıb. Meriya nümayişçiləri “təxribatlardan çəkinməyə və aprelin 29-na planlaşdırılan tədbirin təşkilatçılarına öz işlərini yerinə yetirmək imkanı verməyə” çağırıb.
“Hansı “sanksiya olunmamış” mitinq? “несанкционсированный митинг”– yalnız Rusiyada belə bir termin var və deyəsən mətni birbaşa ruslar yazıb”, – Gürcüstanın keçmiş Xalq Müdafiəçisi, “Avropa Orbiti”nin rəhbəri Nino Lomjariya bildirib.
Gürcüstan Konstitusiyasının 21-ci maddəsinə əsasən, “müdafiə qüvvələrinin və ya dövlətin və ya ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan orqanın tərkibində olanlar istisna olmaqla, hər kəsin əvvəlcədən icazə almadan kütləvi və silahsız toplaşmaq hüququ var”.
Xalq Müdafiəçisinin sözlərinə görə, aksiyanın dayandırılması üçün heç bir əsas yoxdur və aksiya dinc şəraitdə keçirilir. Xalq müdafiəçisi Daxili İşlər Nazirliyinə müraciət edərək dinc aksiya iştirakçılarına zor tətbiq etməməyi, onların Konstitusiya ilə təmin olunmuş hüquqlarından istifadə etmələrinə mane olmamağı tələb edib.
Aprelin 29-da, axşam saatlarında “Gürcü Arzusu” rus qanununa dəstək aksiyası keçirəcək. Aksiyaya rayonlardan dövlət xidmətlərində çalışanlar, o cümlədən onların iradəsi olmadan gətirilir. Hakimiyyət “Oçneba”nın əks aksiyası üçün bu gün səhər saatlarından parlamentin ərazisini dəmir hasarlarla çevrələyib.