Ketevan Tsixelaşvili Gürcüstanın Avstriyadakı səfiri vəzifəsindən azad edilib

Ketevan Tsixelaşvili Gürcüstanın Avstriyadakı səlahiyyətli səfiri, Gürcüstanın ATƏT və Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi vəzifələrindən azad edilib. Baş nazir İrakli Kobaxidze müvafiq sərəncamı iyulun 24-də imzalayıb.

Sənədə əsasən, baş nazir prezidentin iyulun 18-də Tsixelaşvilinin azad edilməsi haqqında sərəncamını təsdiqləyib.

Xarici İşlər Nazirliyi bildirir ki, Ketevan Tsixelaşvilinin azad edilməsi rotasiya müddətinin başa çatması ilə bağlıdır. Hazırda onu bu vəzifədə kimin əvəzləyəcəyi məlum deyil.

Ketevan Tsixelaşvili 4 il əvvəl, 2020-ci ildə səfir təyin edilib. 2016-2020-ci illərdə o, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri olub, bundan əvvəl isə nazir müavini işləyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur