Tbilisi Apellyasiya Məhkəməsi “Formula” telekanalının sahibi, keçmiş müdafiə naziri Davit Kezeraşvilinin şikayətini təmin etməyib və onun Müdafiə Nazirliyinin xeyrinə 5 060 000 avro ödəməyinə qərar verib. “Formula”nın bəyanatına əsasən, Gürcüstanda Davit Kezeraşvilinin adına olan yeganə mülk televiziyanın 51% payıdır və məhkəmənin qərarı tənqidi medianın fəaliyyətinə mane olmaq məqsədi daşıyır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mülki İşlər Palatasının hakimləri Otar Sicinava, Laşa Tavartkiladze və Qoça Ceyranaşvili Kezeraşvili ilə birlikdə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinən Müdafiə Nazirliyinin tədarük şöbəsinin keçmiş rəisi Aleksandr Ninuaya bəraət qazandırıblar. Müvafiq olaraq, 5 060 000 avro ödəniş tam olaraq Davit Kezeraşvilinin boynuna qoyulub.
“Davit Kezeraşvilinin məhz Formula-nın 51% payına sahib olduğu üçün bu hücumun hədəfinə çevrildiyinə qəti inanmaq üçün bütün arqumentlərimiz var. İctimaiyyətə məlumdur ki, Kezeraşvilinin Gürcüstanda sahib olduğu yeganə qiymətli əmlak Formula-nın 51% payıdır. Nəticə etibarı ilə qərarın icrası təşkilatımızın fəaliyyətinə və redaksiya müstəqilliyimizə birbaşa təhlükə yaradacaq.
Bütün obyektiv müşahidəçilərə aydındır ki, iki instansiya məhkəməsinin çıxardığı qərar obyektiv hallara əsaslanmır: işin gedişi zamanı vəkillər Müdafiə Nazirliyinə zərər vurmaq ittihamının əsassız olduğunu göstərən və aydın şəkildə işin siyasi müəllifinə işarə edən yazılı və video sübutlar təqdim ediblər.
Qısaca ictimaiyyətə bildirmək istəyirik ki, Davit Kezeraşvili Ali Məhkəmənin əvvəlki iki instansiyanın bəraət hökmlərini təqsirli hökmləri ilə dəyişdirdiyi işdə dəymiş ziyana görə ittiham edilib. Ali Məhkəmə tərəfindən işə baxılmağa başlamanın əvvəlində isə baş nazir Ğaribaşvilinin parlament tribunasından hədə-qorxu gəlib - “Ona bəraəti mən gedəndən sonra verin. Göründüyü qədərilə indi buna baxılacaq. Onu da vurğulamaq lazımdır ki, işin apellyasiya şikayəti zamanı baş prokuror olan Şalva Tadumadze onun qarşısına Ali Məhkəmədə hakim qismində çıxıb”, “Formula”nın yaydığı bəyanatda deyilir.
Davit Kezeraşvilinin vəkili Giorgi Mşvenieradzenin sözlərinə görə, apellyasiya məhkəməsi əsaslandırılmış qərarını təqdim etdikdən sonra onu Ali Məhkəməyə şikayət edəcəklər.
Apellyasiya məhkəməsinin qərarı Ali Məhkəmə tərəfindən qüvvədə saxlanıldığı halda Müdafiə Nazirliyi “Formula” teleşirkətinin 51 faizlik səhmlərinin (nəzarət paketi) satılmasını və dəymiş ziyanın ödənilməsini tələb edə bilər.
Prokurorluq 2014-cü ildən Davit Kezeraşvili və Aleksandr Ninuanı külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı ittiham edirdi. İş materiallarına görə, 2008-ci ildə o vaxtkı müdafiə naziri Davit Kezeraşvili ofşor zonada qeydiyyatdan keçmiş “Girwood Business Corp” şirkəti ilə faqtiki müqavilə bağlayıb və ona dövlət büdcəsindən 5 060 000 avro köçürüb. Prokurorluq bildirir ki, müqavilədə nəzərdə tutulmuş döyüş hazırlığı kursları keçirilməyib. 2017-ci ildə mülki və apellyasiya məhkəmələri Davit Kezeraşvili və Aleksandre Ninuaya bəraət qazandırıblar. Prokurorluq bəraət hökmünü Ali Məhkəməyə şikayəti edib. Bu dövrdə baş prokuror Şalva Tadumadze olub. Tezliklə o, Ali Məhkəmənin hakimi təyin edilib və burada digər iki hakim - Levan Tevzadze və Merab Qabinaşvili ilə birlikdə Kezeraşviliyə qarşı işə baxıb və bəraət hökmünü məhkumluq hökmü ilə əvəz edib. Ali Məhkəmə Kezeraşvilini qiyabi olaraq 10 il həbs cəzasına məhkum edib, Aleksandr Ninuanın isə yalnız işinə biganəliyə vurğu edib. Kezeraşvilinin cəzası amnistiya nəticəsində yarıya endirilib. Ali Məhkəmə həmçinin hökmlə müəyyən edib ki, Kezeraşvili və Ninuanın hərəkətləri nəticəsində Müdafiə Nazirliyinə 5 060 000 avro məbləğində maddi ziyan dəyib. 2021-ci ilin sentyabrında Müdafiə Nazirliyi Kezeraşvili və Ninuaya qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə mülki mübahisəyə başlayıb.