Kim: ABŞ-ın ikinci cəbhə açmaq istədiyi və “Qlobal Müharibə Partiyası”nın olması barədə yalan məlumatlar yayılır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O’Brayenin baş müavini Yuri Kim Gürcüstanda baş verən son hadisələrdən danışıb. O, “Gürcü Arzusu” hökumətinin rus qanununu qəbul etməsinə, ABŞ haqqında yalan məlumatların yayılmasına, Rusiya və Çinlə münasibətlərin istiləşməsinə münasibət bildirib.

“Gürcüstan kimi demokratik ölkələr öz xalqını dinləməyə borcludurlar. Onların xalqı təkcə iqtisadi inteqrasiya baxımından deyil, həm də institusional mədəni dəyərlər və idarəçilik baxımından Avropa ilə olmaq istəyində ardıcıl və bütöv idi. Ona görə də, mən hesab edirəm ki, gürcülərin yenicə qəbul etdiyi xarici agentlər haqqında qanun tamamilə yanlış addımdır. Söhbət mahiyyət etibarı ilə Kremli təqlid edən qanundan gedir... bu, çox pis qanundur”, - Yuri Kim bildirib.

Diplomatın sözlərinə görə, Gürcüstanda baş verən son hadisələr “ürək ağrıdıcıdır”, çünki Gürcüstan bir vaxtlar regionun sevimlisi – “qızıl uşaq” olub. “İndi elə bir vəziyyət yaranıb ki, gürcü xalqı ilə yaxınlığımız və əlaqəmiz əvvəlki kimidir, lakin “Gürcü Arzusu” ilə münasibət çox cəhd etsək də, istədiyimiz kimi deyil”. Dövlət katibinin köməkçisinin müavininin sözlərinə görə, bunun bir hissəsi də “Gürcü Arzusu”nun məqsədyönlü şəkildə “saxta xəbərlər” [fake news] yaymasıdır:

“ABŞ-ın Gürcüstanda ikinci cəbhə açmaq istədiyini iddia edirsinizsə - bu, yalan məlumatdır! Amerika səfiri, Amerika prezidentinin şəxsi nümayəndəsi Gürcüstan kimi dost ölkənin seçilmiş hökumətinə qarşı, onu devirmək üçün hansısa yolla saxtakarlıq əməliyyatı həyata keçirdiyini iddia edirsinizsə - bu, yenə yalan məlumatdır! Gürcüstana zərər vurmaq istəyən “qlobal müharibə partiyası”nın mövcud olduğunu iddia edirsinizsə – bu, yalan məlumatdır!”.

Yuri Kimin bildirdiyinə görə, “Gürcü Arzusu” hökuməti ikili oyun oynaya bilməz: “Siz öz xalqınızı təmsil etdiyinizi və Avropada gələcək, ABŞ-la möhkəm münasibət istəyidinizi deyib, sonra da öz xalqınızın və dostlarınızın sizə etdiyinizin Rusiyanın etdiyi və istədiyi olduğunu göstərdiyinə baxmayaraq edə bilməzsiniz. Bu dəlilikdir. Xüsusən də ölkənin 20%-i Rusiyanın işğalı altında olanda”.

Kim həmçinin Gürcüstan hökumətinin Çin və Rusiya ilə artan isti münasibətlərindən danışıb. “Mən sizin suveren ərazinizi işğal edən ölkə ilə dost olmağınızın həqiqətən ağlabatan olduğundan əmin deyiləm. Çinlə münasibətlərə gəlincə, Yuri Kim bildirib:

“Nəzərə alın ki, Çin Xalq Respublikasının texnologiyadan, kreditlərdən, borc tələlərindən necə istifadə etməsi, onun infrastruktur layihələrinə cəlb edilməsi, nəticədə yerli əhaliyə fayda verməyən və əslində onlara zərər vuran münasibət yaratması barədə çoxlu məlumatlar var. Çernoqoriya xalqından soruşun ki, borc toruna düşmək necə idi. Şri Lankadan soruşun. Bu siyahı uzundur. Bölgədəki qonşularınızdan Çinlə yaxın münasibət qurmağın necə olduğunu soruşun”.

 

Azərbaycan nəşri olan Turan-ın Vaşinqton müxbiri Aleks Raufoğlunun sözlərinə görə, Yuri Kim bu bəyanatları Vaşinqtonda “Karneqi Fondu”nun tədbirində çıxışı zamanı edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur