Gürcüstanın Mədəniyyət Nazirliyi bəyan edir ki, “Gürcüstan Milli Kinematoqrafiya Mərkəzi” ətrafında kampaniya xarakteri alan, tamamilə əsassız ajiotaj var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nazirlik bu gün, iyunun 20-də rəsmi Facebook səhifəsində bəyanat yayıb, lakin onun altında şərh yazmaq imkanını məhdudlaşdırıb. Bəyanatda kino mərkəzinin yenidənqurmanın iyunun 10-da elan olunduğu və bu işin iyulun 12-də başa çatacağı vurğulanır və bu, sistem islahatlarının ilk addımı sayıla bilər.
“Yenidənqurmanın məqsədi kino sənətkarlarının və kino sənətinin maraqlarını nəzərə almaqla kino mərkəzinin mövcud idarəçiliyini və bürokratik proseslərini saölamlaşdırmaq/sadələşdirməkdir. İslahata gəldikdə isə, onun konkret məzmunu həqiqətən işlə maraqlanan şəxslərdən ibarət işçi qrup tərəfindən müəyyən edilməlidir. O, bu gün maliyyə idarəetmə sistemində mövcud olan nöqsanların aradan qaldırılmasını və təkmilləşdirilməsini, dövlət vəsaitlərinin xərclənməsinin şəffaflığını və səmərəliliyinə nail olunmasını, habelə nüpotizmin aradan qaldırılmasını, aydın və ədalətli müsabiqə modelinin tətbiqini, gürcü kinosunu beynəlxalq arenada daha da önə çıxarmaq, özəl sərmayədarların cəlb edilməsində sənətçilərə dəstək olmaq, birgə istehsalın təşviqi, yeni nəsil kino sənətçilərinin təbliği və nəhayət, kino mərkəzinin dövlət qurumu kimi gücləndirilməsini nəzərdə tutur,” - məqalədə deyilir.
Nazirlik kinomərkəzdə başlanan yenidənqurmada məqsədin kinoda senzuranın tətbiqi ilə bağlı səslənən fikirləri “qeyri-ciddi” adlandırır.
“Guya, kino mərkəzində islahatların aparılması və onun gücləndirilməsinin prioriteti kino sahəsində senzuraya yönəlməsi barədə bəzi bəyanatlar qeyri-ciddi görünür. Müxalifətdə olan siyasi qruplardan birinin ofisində gürcü kinosuna qarşı planlaşdırılmış addım olan və siyasi proseslərin tərkib hissəsi olan bu əsassız bəyanatla bağlı nə indi, nə də gələcəkdə heç kim özünü haqlı çıxarmaq fikrində deyil”, - deyə Mədəniyyət Nazirliyi bildirir.
Nazirlik, həmçinin qeyd edir ki, guya müsabiqələr konkret mövzulara istinad edilməklə elan olunacaq və kino mərkəzi insanlar üçün qapalı bir quruma çevriləcək kimi əməkdaşlar tərəfindən səsləndirilən fikirlər əsassızdır.
Yenidənqurma çərçivəsində mədəniyyət naziri Tea Tsulukiani nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Koba Xubunaianı kino mərkəzinin direktor öhdəliklərinin icraçısı təyin edib, bundan sonra direktor müavini vəzifələrinin 12 iyul tarixindən etibarən ləğv olunacağı məlum olub. Bundan başqa, hakim partiyanın təbliğat telekanalının aparıcısı Baço Odişaria yenidənqurma prosesində film istehsalı şöbəsinin rəis müavini olub.
Kino mərkəzinin əməkdaşları yenidənqurmanın dayandırılmasını və kinoteatrın direktorunun müsabiqə yolu ilə seçilməsini tələb edirlər. Onlar hesab edirlər ki, Mədəniyyət Nazirliyi indiyədək müstəqil olan bir qurumu özünə tabe etməyə çalışır. Kino sənayesinin və incəsənətin müxtəlif sahələrinin bir çox nümayəndələri kino mərkəzinin əməkdaşlarına dəstək olduqlarını bildirirlər.
Milli Kinematoqrafiya Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyində olan digər qurumdur ki, burada Tea Tsulukianinin mədəniyyət naziri təyin olunmasından sonra yenidənqurma başlanıb. 2022-ci ilin martında Tsulukianinin əmri ilə 2005-2018 və 2019-2022-ci illərdə kino mərkəzinin direktoru olmuş Qaqa Çxeidze tutduğu vəzifədən azad edilib. Nazirlik onun işdən çıxarılmasına əsas kimi Çxeidzenin fəaliyyətinin yoxlanılması nəticəsində aşkarlanan qanun pozuntularını göstərir. Qaqa Çxeidze Tea Tsulukianinin sərəncamını məhkəməyə şikayət edib.
Bu mövzu haqqında:
Kobaxidze “Əhilləşdirmə”ni biabırçı film adlandırıb və kino mərkəzini tənqid edib