Hakim partiyanın təbliğat-təşviqat telekanalı POS TV-nin aparıcısı və simalarından biri olan Baço Odişaria Milli Kinematoqrafiya Mərkəzinin film istehsalı şöbəsinin müdir müavini təyin edilib. O, bu barədə məlumatı “Formula” telekanalına da təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Yenidənqurma məsələlərinə qoşulacağam, kino mərkəzinin necə işlədiyini və necə fəaliyyət göstərdiyini öyrənəcəyəm, kimin hansı problemlərinin olduğunu, kimin nədən narahat olduğunu öyrənəcəyəm və onu düzəltməyə çalışacağam”, - Odişariya deyir.
Bir neçə gün əvvəl məlum olub ki, nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Koba Xubunaia Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tabeliyində olan qurum, Kino Mərkəzinə direktor vəzifəsinin icraçısı kimi təyin edilib və yenidən yenidənqqurma proseslərinə başlayıb.
Direktor müavini Nino Kuxalaşvilinin sözlərinə görə, iyunun 11-də nazirlikdən ona zəng edib və iyulun 12-dən direktor müavini vəzifəsinin ləğv olunacağı və işdən çıxarılacağı barədə məlumat veriblər. Yenidənqurma direktorun birinci müavini Mako Çilaşviliyə də təsir edib.
“Müavin vəzifəsinin ləğvi Kino Mərkəzinin reqlamentində dəyişiklik edilməsini tələb edir ki, bu da təbii ki, Tsulukiani tərəfindən həyata keçirilib. İki gün əvvəl kino mərkəzinə maliyyə meneceri təyin olunan Koba Xubunaianı direktor vəzifəsinin icraçısı təyin edilib. O, həmçinin Mədəniyyət Nazirliyinin idtisadiyyat şöbəsinin müdiri vəzifəsini tutur”, - Kino Mərkəzində hüquq şöbəsinə rəhbərlik edən Nino Kuxalaşvili sosial şəbəkədə yazıb.
Nino Kuxalaşvili “Formula” teleşirkətinə müsahibəsində onu da əlavə edib ki, Baço Odişarianın təyin edilməsi əmri Kino Mərkəzinin əməkdaşlarından gizlədilib.
Kino Mərkəzinin əməkdaşları hesab edirlər ki, Mədəniyyət Nazirliyi müstəqil bir qurumu özünə tabe etməyə, sənayenin məqsəd və proseslərini təkbaşına müəyyən etməyə çalışır. “Sözügedən yenidənqurma birbaşa olaraq Kino Mədəniyyəti Nazirliyini siyasi konyuktura altına salmaq və Kino Mərkəzinə tam miqyaslı nəzarət yaratmaq üçün mövcud olan rıçaqları yönəltmək cəhdi kimi qəbul edilir”, - deyə rejissorlar, ssenaristlər, aktyorlar, operatorlar, prodüserlər və kino mütəxəssislərinin də qoşulduğu yayımlanan müraciətdə deyilir.
Kino Mərkəzinin işçiləri tələb edirlər ki, direktor tək nazir Tea Tsulukianinin əmri ilə deyil, müsabiqə yolu ilə təyin olunsun və buna qədər yenidənqurma prosesi dayandırılsın.
2022-ci ilin martında Qaqa Çxeidze Milli Kinematoqrafiya Mərkəzinin direktoru vəzifəsindən azad edilib. Çxeidze mədəniyyət nazirinin əmrini məhkəməyə şikayət edib.
2021-ci ilin martında Mədəniyyət, İdman və Gənclər Nazirliyi ayrıldıqdan və Tea Tsulukianinin nazir təyin edildikdən sonra nazirliyin tabeliyində olan qurumlarda yenidənqurma və genişmiqyaslı kadr dəyişikliklərinə başlanılıb. Müxtəlif vəziflərdən azı 70 nəfər azad edilib.