Rusiyanın Kiyevə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 4-ə çatıb, 3 yaralı xəstəxanaya çatdırılıb. Ölənlər arasında gənc cütlük - altı aylıq hamilə qadın və onun əri də var. Ukrayna hakimiyyəti bildirir ki, Rusiya bu dəfə İran istehsalı olan “Şahed” kamikadze dronlarından istifadə edib, bu səbəbdən də Avropa İttifaqını İrana sanksiya tətbiq etməyə çağırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kiyev meri Vitali Kliçko deyir ki, səhər saatlarında paytaxt istiqamətində 28 pilotsuz təyyarə buraxılıb, onların əksəriyyəti Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub. Kiyevdə beş partlayış olub. Onlardan biri Şevçenko rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib. Təxminən 20 nəfər binanı tərk edə bilib. Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir.
“İndiki düşmən, deyəsən, dövlətçiliyimizin sahib olduğu bütün düşmənləri birləşdirir. O, hiyləgər hərəkət edir: mülki insanları öldürür, yaşayış evlərini, infrastrukturu vurur. Bu gün Kiyevdə yaşayış evinə edilən hücum nəticəsində 4 nəfər həlak olub. Onların arasında uşaq gözləyən gənc ailə də var idi. Axtarış-xilasetmə əməliyyatları davam edir”, - deyə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Hava hücumu sireninə görə Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba bomba sığınacağından Avropa İttifaqının Xarici Əlaqələr Şurasına müraciət edərək bir daha hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılmasını tələb edib. Bundan əlavə, o, Avropa İttifaqını Rusiyaya pilotsuz təyyarələr verdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Kulebanın çağırışına Aİ-yə üzv olan bir neçə ölkənin xarici işlər nazirləri də qoşulur.
“Öz xalqına zülm edən bir ölkə indi Avropanın mərkəzində kütləvi qətllər törətmək üçün rus canavarlarına silah verir. Bu, yarımçıq işlərin və totalitarizmə təslim olmağın nəticəsidir. Bu, sanksiyaların kifayət etmədiyi haldır”, - Ukrayna prezidentinin administrasiyası rəhbərinin müşaviri Mixailo Podolyak bildirib.
İran Rusiyaya “Şahed 136” pilotsuz uçuş aparatının verilməsi faktını rədd edir. Ukrayna hakimiyyəti iddia edir ki, kamikadze dronları ilk dəfə təxminən bir ay əvvəl Xarkov vilayətinin Kupyansk şəhərində istifadə edilib. Üstəlik, Ukrayna Milli Müqavimət Mərkəzinin məlumatına görə, işğal olunmuş Krım və Xersonda ruslara “Şahed”lərdən istifadə qaydalarını öyrədən və mülki obyektlər istiqamətində “kamikadze dron”ların buraxılmasına birbaşa nəzarət edən iranlı təlimatçılar var.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel İranın Ukraynada davam edən müharibədə iştirakına dair konkret sübutlar axtaracaqlarını bildirib.