Ukraynanın Fövqəladə Hallar Xidmətinə məxsus helikopterin Kiyev vilayətinin Brovari şəhərində qəzaya uğraması nəticəsində Daxili İşlər Naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Enin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də daxil olmaqla azı 17 nəfər həlak olub. Ölənlər arasında 4 uşaq da var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qəza yanvarın 18-də səhər saat 8:20-də baş verib. Göyərtəsində 9 nəfərin olduğu (6 DİN əməkdaşı və 3 ekipaj üzvü) ES-225 helikopteri uşaq bağçası və yaşayış evinin yaxınlığında qəzaya uğrayıb. Faciə baş verən zaman bağçada uşaqlar və işçilər olub.
Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, helikopterdə olanların hamısı ölüb. 11-i uşaq olmaqla 25 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı Ukrayna Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb. Hazırda faciənin səbəbləri ilə bağlı bir neçə versiya, uçuş qaydalarının pozulması, helikopterin texniki nasazlığı və o cümlədən nəqliyyat vasitəsinin qəsdən məhv edilməsi barədə fikirlər müzakirə edilir.
“Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları faciə ilə bağlı bütün səbəb-nəticə əlaqələrinin və təfərrüatlarının müəyyən edilməsi üçün kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirir”, - bu barədə təhlükəsizlik xidmətinin yaydığı məlumatda deyilir.
42 yaşlı Denis Monastirski 2021-ci ilin iyulunda Ukraynanın daxili işlər naziri təyin edilib. Bundan əvvəl, 2019-2021-ci illərdə o, Ukrayna Ali Radasının [Parlament] deputatı olub. 42 yaşlı Yevgeni Enin 2021-ci ilin sentyabrından, 33 yaşlı Yuri Lubkoviç isə həmin ilin noyabrından daxili işlər nazirinin birinci müavini vəzifəsini tutub.