Medianın Advokatlaşdırması Koalisiyası və Gürcüstanın Jurnalist Etika Xartiyası parlamentin spikeri Şalva Papuaşvilinin “Dağ Xəbərləəri”nin redaktoru Qela Mtivlişviliyə qarşı növbəti hücumuunu şərh edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Qela Mtivlişvili və onun komandası bir sıra mühüm jurnalist araşdırmalarının və ifşaedici xarakterə malik məqalələrin müəllifidir və onun nüfuzdan salınmasının artıq sistematik xarakter alması narahatlıq doğurur. Müvafiq olaraq, bir çox çətinliklərə baxmayaraq, ictimaiyyəti maraqlandıran məsələləri ardıcıl və cəsarətlə işıqlandıran Qela Mtivlişviliyə müəyyən məmurların, xüsusən də parlament sədrinin hücumu diqqəti ölkənin üzləşdiyi real çətinliklərdən yayındırmaq cəhdidir və ictimaiyyətin müstəqil jurnalistikaya inamını sarsıtmağa yönəlib.
Jurnalistikanın rolu ictimaiyyəti məlumatlandırmaqla yanaşı, hakimiyyətin hərəkətlərinə nəzarət etməkdir ki, bu da bu peşəyə demokratiyanı qoruyan bir qurum funksiyası yükləyir. Mediaya qarşı məqsədyönlü və davamlı hücumlar, etimadı sarsıtmaq cəhdləri isə demokratiyanı zəiflətmək cəhdləridir.
Koalisiya parlament sədrini və hakim partiyanı jurnalistlərə qarşı hücumları dayandırmağa və öz məsuliyyətləri çərçivəsində media azadlığının və jurnalistlərin təhlükəsizliyinin qorunmasını təmin etməyə çağırır”, - Medianın Advokatlaşdırılması Koalisiyasının bəyanatında deyilir.
Gürcüstanın Jurnalist Etikası Xartiyası qeyd edir ki, bu gün parlament sədri Avropa İttifaqı mükafatı, onun münsiflər heyəti üzvləri və namizədləri ilə bağlı şərhləri ilə demokratik ölkədə bu vəzifə üçün müəyyən edilmiş mandatdan kənara çıxıb, senzura rolunu öz üzərinə götürüb və bu jurnalist müsabiqəsi çərçivəsində görkəmli nümayəndələrdən ibarət peşəkar bir cəmiyyət olan münsiflər heyətindən yüksək qiymətə layiq görülən kəslərə hücum edib.
“Xartiya belə jurnalist müsabiqələri keçirən və keyfiyyətli jurnalistikanı təbliğ edən bütün donorlara və təşkilatlara minnətdarlığını bildirir. Onların gürcü jurnalistikasının inkişafında xidmətləri əvəzsizdir.
Bu cür hücumlar müstəqil jurnalistləri, o cümlədən bu gün parlament sədrinin hədəfində olan Xartiya Şurasının üzvü Qela Mtivlişvilini dayandıra bilməz. Onlar dövlət məmurlarının ehtiyatla onlardan gizlətməyə çalışdıqları bütün məlumatları vaxtında ictimaiyyətə çatdırmaq üçün işlərini davam etdirəcəklər.
Xartiya hökumət nümayəndələrini bu cür şərhlər verməkdənsə, jurnalistlərin qanunla onlara məxsus olan və Gürcüstanda praktiki olaraq əlçatmaz olan ictimai informasiyanı rahat və maneəsiz əldə edə bilməsini təmin etməyə çağırır.
Hökumətin yüksək rütbəli nümayəndələri jurnalistlərə qarşı açıq şəkildə ifadə edilmiş, əsassız ittihamların jurnalistlərin təhlükəsizliyi üçün nə kimi nəticələr doğuracağını bilməli və buna müvafiq hərəkət etməlidirlər”, - Jurnalist Etikası Xartiyasının bəyanatında deyilir.
Parlament sədri Şalva Papuaşvili Aİ-nin Gürcüstandakı nümayəndəliyindən “Dağ Xəbərləri”nin redaktoru Qela Mtivlişvilinin Şovi faciəsi ilə bağlı məqaləsinin Avropa İttifaqı mükafatının ən yaxşı araşdırma işləri kateqoriyasında finalçılar sırasına necə çıxması ilə bağlı izahat tələb edir.
2023-cü il avqustun 3-də Şovi istirahət zonasında baş verən təbii fəlakətdə 33 nəfər, o cümlədən uşaqlar həlak olub. “Dağ Xəbərləri” Şovi faciəsini təbii fəlakətin ilk anlarından işıqlandırıb. Hökumətin müdaxiləsinə baxmayaraq, nəşr oktyabr ayında jurnalist araşdırması - “Şovida Cinayət”i dərc edib.
Şovi faciəsini dərindən və tənqidi işıqlandırdığına görə, “Dağ Xəbərləri” dəfələrlə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və hazırkı baş nazir İrakli Kobaxidzenin hücum hədəfinə çevrilib.