Papuaşvili Aİ-dən Şövi ilə bağlı araşdırma materialının finalçılar sırasına niyə daxil edilməsi barədə izahat tələb edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlament sədri Şalva Papuaşvili Aİ-nin Gürcüstandakı nümayəndəliyindən “Dağ Xəbərləri”nin redaktoru Qela Mtivlişvilinin Şovi faciəsi ilə bağlı məqaləsinin Avropa İttifaqı mükafatının ən yaxşı araşdırma işləri kateqoriyasında finalçılar sırasına necə çıxması ilə bağlı izahat tələb edir. 

Papuaşviliyə heç kim bu məsələ ilə bağlı sual verməyib. Parlament sədri bildirib ki, siyasi məsələlərə münasibət bildirməkdənsə, tematik məsələlərdən danışmağa üstünlük verir.

“O ki, jurnalist adlandırırlar, mən fəlakət günlərində yalanlarla çaxnaşma yaradan, sonra isə təəssüf ki, hətta “araşdırma jurnalistikası” kateqoriyasında yalanların yazıldığı məqalə ilə Aİ müsabiqəsinin finalına da yüksələn Mtivlişvilini nəzərdə tuturam.

İndi bu cür məqalə Aİ müsabiqəsinin finalına çıxır, bu, sadəcə olaraq yalan da deyil? Bundan məqsəd, xüsusən də təbii fəlakətlərin baş verdiyi günlərdə cəmiyyətdə çaxnaşma salmaq, isteriya yaratmaq, insanlarda hakimiyyətə qarşı əhval-ruhiyyə yaratmaq olub. Özünü jurnalist adlandıran şəxs bu cür işlə məşğul olanda, sonra hətta jurnalist dünyası belə dezinformasiyaları ifşa etmək əvəzinə, etik şuranın bunu müzakirə edib ifşa etməsi əvəzinə, Aİ müsabiqəsində yalanlarla dolu məqalə finala çıxır. Bu əsasında qəsd olan yalan idi.

Ona görə də belə bir gözləntim var ki... müsabiqənin finalında yalanlarla dolu məqalənin olması qəsd idisə... fəlakətin olacağının illərdir məlum olması, yalandır; Çayda günlərlə sunun toplanması yalandır; Əgər bənd tikilsəydi, insanların həyatının xilas edilə bilinəcəyi yalandır. Orada olan hər şey, demək olar ki, hər şey yalan idi və belə bir yalan məqalə Avropa İttifaqının təşkil etdiyi müsabiqədə finala çıxırsa, məncə, komissiyada kimin olduğunu və Avropa İttifaqının bu tip müsabiqələrə görə nə qədər məsuliyyət daşıdığını aydınlaşdırmaq vacibdir”, - Şalva Papuaşvili bildirib.

“Dağ Xəbərləri”nin redaktoru Qela Mtivlişvilinin sözlərinə görə, parlament sədrinin bugünkü bəyanatı onun və indiki baş nazirin Şovi faciəsinin ilk günlərində “Dağ Xəbərləri”nə qarşı başlatdıqları aqressiv kampaniyanın davamıdır.

“Hələ o zaman dedik ki, bu hücumlar jurnalistlərimizin fiziki toxunulmazlığına və peşəkar fəaliyyətinə təhlükə yaradır, artıq dəfələrlə yaşadığımız zorakılığı təzələyir, o cümlədən yanvarın 23-də polisin məni qanunsuz həbs etməsi, sonra isə sistemin xidmətçisi, hakim Şçerbakovun, tamamilə əsassız, yalnız polisin yalan ifadəsi ilə məni 2000 lari cərimə etməsi də buna misaldır. Biz Şovi faciəsi ilə bağlı jurnalist araşdırmasını davam etdiririk, lakin, hakimiyyət bizə ictimai məlumatı təhvil vermir və bizim məhkəmədə bir neçə iddiamız var”, - Mtivlişvili deyir.

Aİ-nin Gürcüstandakı nümayəndəliyi indiyədək Papuaşvilinin bəyanatını şərh etməyib.

2023-cü il avqustun 3-də Şovi istirahət zonasında baş verən təbii fəlakətdə 33 nəfər, o cümlədən uşaqlar həlak olub. “Dağ Xəbərləri” Şovi faciəsini təbii fəlakətin ilk anlarından işıqlandırıb. Hökumətin müdaxiləsinə baxmayaraq, nəşr oktyabr ayında jurnalist araşdırması - “Şovida Cinayət”i dərc edib.

Araşdırma göstərib ki, Şovidə fəlakət onilliklər ərzində gözlənilən idi. Bunu onlarla sənəd, ixtisaslı tədqiqatlar, geoloji xəritələr və təbii fəlakətlər göstərirdi. Buna baxmayaraq, istirahıt zonasında bir dənə də olsun təxliyyə planı və lövhəsi belə yox idi. Hakimiyyət orqanlarının cinayətkar laqeydliyi ucbatından “Sanset Şovi” istirahətçilərini xilas edən və ondan əvvəl “Mamison” kotteclərinin bütün sakinlərinin həyatını itirməsinə səbəb olan Buba çayı üzərindəki bənd tam tikilməyib. Fəlakətdən sonra xilasetmə əməliyyatı koordinasiyasız aparılıb. Protokol olmayıb, xilasedicilərin lazımi avadanlıqları olmayıb, ən qiymətli ilk saatlar itirilib. İnsanlar ölümlə üz-üzə qalıblar. Xilasetmə əməliyyatı bir neçə saat gec başlayıb və avqustun 3-də, axşam saatlarında dayandırılıb. Bütün gecə ərzində heç bir helikopter uçmayıb, xilasedicilər işləməyib, pilotsuz uçuş aparatlarından istifadə edilməyib. Düzgün istintaq hərəkətləri aparılmayıb, meyitlər məcburi prosedurlar aparılmadan morqa təhvil verilib və bu da ölümün dəqiq səbəbini və vaxtını müəyyən etməyi mümkünsüz qılıb.

“Dağ Xəbərləri”nin araşdırma filmi Gürcüstanın Jurnalist Etikası Xartiyasının ən yaxşı jurnalist araşdırması mükafatını alıb. Material “Avropa İttifaqının Jurnalistika Mükafatı” müsabiqəsinin “Ən yaxşı araşdırma məqaləsi və ya hekayəsi” nominasiyası üzrə finalçıları arasında yer alıb, lakin, müsabiqədə başqa bir müəllifin fərqli mövzuda hazırladığı araşdırma qalib olub.

Şovi faciəsini dərindən və tənqidi işıqlandırdığına görə, “Dağ Xəbərləri” dəfələrlə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və hazırkı baş nazir İrakli Kobaxidzenin hücum hədəfinə çevrilib.

Avqustun 5-də Şalva Papuaşvili “Dağ Xəbərləri”ni “Facebook” səhifəsində dərc olunan məlumatı silməyə çağırıb. Nəşr yazıb ki, fotoda dayanan şəxs ikinci gündür ki oğlunun xəbərini gözləyən, itkin düşənlərdən birinin atasıdır.

Avqustun 8-də parlament sədri Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladzeni, “Yaşıl Alternativ” ətraf mühit təşkilatını və onlayn nəşriyyat “Dağ Xəbərləri”ni təxribatda ittiham edib.

“Biz təbii fəlakətlər və böhran anları ilə məşğul olarkən, bu cür dezinformasiyalar yaymaqla birbaşa təxribat törətdikdə, təbii ki, burada bu təşkilatların - “Yaşıl Alternativ” və “Dağ Xəbərləri”nin donorları, xarici donorlar ilə bağlı ciddi sual işarələri yaranır.

Müxtəlif ölkələrdən çoxlu başsağlığı aldıq. Bu başsağlığı yaxşıdır, amma böhran anında birbaşa təxribatla məşğul olan, çaxnaşma salmağa, camaatı çaşdırmağa çalışan təşkilatları maliyyələşdirlərsə bu nə davranışdır və ya ümumiyyətlə nəyin maliyyəsidir.

Hazırda bu təşkilatların donorları kimlərdir bilmirəm, amma mən bu təşkilatların donorlarını nəyi maliyyələşdirdiklərinə və bunun nə olduğuna baxmağa çağırıram. Budur mu xalqa qarşı dostluq? Böhran anında onların maliyyələşdirdiyi təşkilatlar bilavasitə bütün prosesi təhrif edir və çaxnaşma yaratmağa çalışırlar. Dezinformasiyadan danışarkən elə əsas problem də budur, başqa vaxtlar bunun hansısa şəkildə öhdəsindən gələ bilər və daha az emosional ola bilərik, buna öyrəşmişik, lakin bu zaman faciədən danışarkən və fəlakətən doğan böhran anlarını idarə edərkən, bax belə media orqanlarının və QHT-lərin arxadan bıçaqlaması, şübhəsiz ki, onların donorlarının məsuliyyətidir və mən onları bu barədə düşünməyə çağırıram”, - Papuaşvili bildirib.

Həmin gün hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze “İmedi” televiziyasının efirində “Dağ Xəbərləri”nin redaktorunu “namərd” adlandırıb.

Şalva Papuaşvili avqustun 9-da və sentyabrın 14-də də “Dağ Xəbərləri”nə hücum edib.

“Biz böhranlı vəziyyətdə yalan yayaraqəhali arasında çaxnaşma salan özünü jurnalist adlandıran kəsi gördük”, - Papuaşvili sentyabrın 14-də “Dağ Xəbərləri”ni “birtərəfli və yoxlanılmamış jurnalistika”ya misal çəkərək deyib.

“Qela Mtivlişvili ümumiyyətlə biabırçı adamdır. ...Bu cür insanlar haqqında media kontekstində danışmaq tamamilə yanlışdır. Qela Mtivlişvilinin media və jurnalistika ilə heç bir əlaqəsi yoxdur”, - Kobaxidze həmin gün qeyd edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur