Gürcüstanın baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə iyunun 11-12-də Almaniyada keçiriləcək Ukraynanın Bərpası Konfransında (URC 2024) iştirak edəcək. Hökumət administrasiyasının məlumatına görə, Kobaxidze Berlinə xarici işlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani ilə birlikdə gedib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyunun 11-də Almaniya kansleri Olaf Şolz və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edəcəklər. Gündəliyə əsasən, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın çıxışı nəzərdə tutulub.
Konfransa Almaniya və Ukrayna ev sahibliyi edir. Builki tədbirin əsas məqsədi Ukraynanın bərpası, yenidən qurulması, islahatları və modernləşdirilməsi üçün beynəlxalq dəstəyi səfərbər etməkdir. “URC2024” dörd tematik sahəyə diqqət yetirəcək: bərpa və iqtisadi artım üçün özəl sektorun səfərbər edilməsi; Ukraynanın gələcəyi üçün sosial bərpa və insan kapitalı; bələdiyyələrin və rayonların bərpası; Avropa İttifaqına üzvlük və bununla bağlı islahatlar.
Ukraynanın bərpası ilə bağlı konfrans üçüncü dəfədir keçirilir. 2022 və 2023-cü illərdə tədbirə İsveçrə və Böyük Britaniya ev sahibliyi edirdi.
Mayın 30-da Ukrayna hökuməti Gürcüstanın baş nazirinin Ukraynanın “mühasirədə” olduğu və ölkə ərazisinin 20%-nin işğal edilməsi və on minlərlə insanın həlak olmasının 2013-cü il Maydanın nəticəsi olması barədə bəyanatına münasibət bildirib və İrakli Kobaxidzenin Ukraynadakı hadisələrlə bağlı “dost olmayan bəyanatları” və “təhrif olunmuş qiymətləndirmələri”ni pisləyib. “Gürcüstanın baş nazirinin son vaxtlar Rusiya rəhbərliyinin bəyanatlarından ayırd etmək çətinləşən siyasi bəyanatlarının ardıcıl və daimi deqradasiyasını görmək təəssüf doğurur”, - nazirliyin bəyanatında deyilir.