Bacısı uşağı, 6 yaşlı Maşo ilə birlikdə fəlakətdən xilas ola bilən Şovi sakini, Davit Jeladze “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin bugünkü açıqlamasını şərh edib. Kobaxidze uşağın 3 saat palçıq kütləsi ilə mübarizə aparması məlumatını “ağılasığmaz yalan” adlandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Çox çətindir, belə bir açıqlama gözləməzdim. Məni heç kim belə təhqir etməmişdi və İrakli Kobaxidze etdi. Biz xilas olanları məhv etdi. Məni günahlandırmağın nədə sərf etdiyini görə bilmirəm. Yəqin ki, Şovidə baş verən dəhşətli hadisələri ictimailəştirilməsni istəmir”, - deyən Jeladze hakim partiya sədrinin belə bəyanatının gözlənilməz olduğunu bildirib.
“Sən demə, mənim dediyim və başıma gələn hər şey yalandır, vəssalam, hamıya yalan danışmışam. Mən heç vaxt bu qədər təhqir edilməmişəm. Bu adamın uşaqla bir sahildən o biri sahilə necə keçə bilməsi mənə aağılasığmaz gəlir deyir. Maşo və mən bunu necə bacardıq, həqiqətən ağılasığmazdır. Mən hələ də bilmirəm. O yerdə dayanmaq mümkün deyildi. O qədər sulu palçıq idi ki, bir yerdə dayansanız, bir anda batar və boğulardınız. Həmin qüvvə məni o biri sahilə apardı. Düşündüm ki, orda təhlükəsiz yer olacaq. Sürüşmənin yuxarıdan bizi vurub keçəcəyindən qorxdum, tələsirdim. Bunu necə bacardığımı bilmirəm və kiminsə yanımda dayanıb hekayəmi qəbul etmək əvəzinə...
İrakli Kobaxidzenin inanmadığı palçıq kütləsini keçirdim, aşağıdan insan səsi eşidilirdi, hardan gəldiyini başa düşə bilmədim, heç kimi görə bilmədim. Həmin şəxs torpağın altında qalmış və kömək istəyirdi. Bizə heç kim kömək edə bilmədi, çünki hamımız palçıq içində idik. Sadəcə olaraq, bu fəlakət baş verməməli idi, bu həddə çatmamalı idi. Sürüşmə düz bağ evlərinin üstünə gəldi. Əsasən, o yerə qiymət verilməli idi, xüsusən də avqust ayında, insanların istirahət etdiyi bir vaxtda. Heç olmasa bu faciədən qaçınmaq üçün ətraf mühitə fikir verməli idilər”, - Davit Jeladze deyir.
İrakli Kobaxidze bu gün “Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən brifinqdə deyib ki, avqustun 3-də baş verən palçıq axını altında qalan heç kimin xilas olunmaq şansı olmayıb. Hakim partiya sədrinin sözlərinə görə, “uşaqlardan birinin 3 saat ərzində palçıqla mübarizə aparması ilə bağlı fərziyyələr, dezinformasiyalar yayılıb ki, bu da, ağılasığmaz yalandır”. Jurnalistlər hakim partiyanın sədrinə təbii fəlakətdən sağ çıxan Davit Jeladzenin “Facebook” sosial şəbəkəsində “Maşo, biz bu yolu necə keçdik, hələ də heyrətlənirəm” qeydi ilə yerləşdirdiyi şəkli göstəriblər. Fotoda Davit Jeladze 6 yaşlı bacısı uşağı ilə təhlükəsiz yer axtarmaq üçün qət etdiyi məsafəni qeyd edib.
“Bunun həqiq olduğunu bilmirəm, yoxlayacağıq, amma bir az şübhəm var... Bu foto haqqında deyə bilmərəm. Birincisi - bir sahildən digərinə keçmək niyə lazım idi, bilmirəm, o sahildə qalmaq daha təhlükəsiz idi, çoxları orada qaldı və bacardı... Təsəvvür edin, biz səhərisi gün o ərazidə idik və ora getmək praktiki olaraq mümkün deyildi. Ona görə də bütün bunları yoxlamaq lazımdır”, - Kobaxidze bildirib.
İnsan sağ qalıbsa, o biri tərəfdədir, niyə palçıq kütləsindən keçməli idi - Sardjveladze
Avqustun 3-də palçıq uçqunu Şovi kurortunu demək olar ki, tamamilə dağıdıb. Xilasetmə əməliyyatı 3 saat gec başlayıb və gecə çökdükdən sonra helikopter gecə təhlükəsiz uça bilmədiyi üçün pilotlar əməliyyatda iştiraklarını dayandırıb. İndiyədək 25 cəsəd tapılıb, itkin düşən 8 nəfərin axtarışı davam edir. Hökumət rəsmiləri faciədən qaçınmağın mümkün olmadığını iddia edirlər, lakin müstəqil mütəxəssislər bununla razılaşmır.