Baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili Paris Olimpiadası qaliblərini ali dövlət mükafatlarına təqdim ediblər. Gürcüstanın Olimpiya komandası 2024-cü il Olimpiya Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Müqəddəs Qiorqi adına Qələbə Ordeninə təqdim edilən olimpiya çempionları:
- Ağır atletikaçı Laşa Talaxadze, üçqat Olimpiya, yeddiqat dünya və yeddiqat Avropa çempionu;
- Cüdoçu Laşa Bekauri, ikiqat Olimpiya çempionu;
- Sərbəst güləşçi Qeno Petriaşvili, hər üç Olimpiya medalının sahibi, üçqat dünya və ikiqat Avropa çempionu.
“Şərəf” ordeninə təqdim edilən olimpiya çempionları:
- Cüdoçu Tato Qriqalaşvili, Olimpiya vitse-çempionu, üçqat dünya və üçqat Avropa çempionu;
- Cüdoçu İlia Sulamandize, Olimpiya vitse-çempionu, dünya və Avropa çempionatlarının mükafatçısı;
- Sərbəst güləşçi Qivi Maçaraşvili, Olimpiya vitse-çempionu, dünya çempionatlarının ikiqat mükafatçısı, ikiqat Avropa çempionu;
- Boksçu Laşa Quruli, Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionatlarının mükafatçısı.
“Gürcüstanın dövlət mükafatları və preamyaları haqqında” qanuna əsasən, qeyd olunan dövlət mükafatı ilə şəxs prezident şəxsi təşəbbüsü ilə, parlamentin sədri və baş nazirlə razılaşdırılmaqla, habelə parlament sədri və baş nazir birgə təqdimatları əsasında təltif edilir. Buna baxmayaraq, İrakli Kobaxidze və Şalva Papuaşvilinin birgə bəyanatında prezident Salome Zurabişvilinin adı çəkilmir.