Çeçenistan parlamenti konstitusiyaya olan düzəlişləri təsdiqləyib, bu düzəlişlərə əsasən respublika başçısı çeçen dilində “Mekx-da” [“millətin atası”] adlandırılıb. Bundan əlavə, Kadırova Çeçenistan Respublikasının təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün tədbirlər görmək səlahiyyəti verilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dəyişikliyin məqsədi Çeçenistan Respublikasının dövlət dili olan çeçen dilində regionun başçısı titulunun vahid şəkildə saxlanılmasını müəyyən etməkdir. Bu mühüm hadisə münasibətilə hörmətli qardaşım, Çeçenistanın rəhbəri, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovu parlamentin deputatları adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə təbrik edirəm”, - parlamentin sədri Maqomed Daudov deyib.
Daudov izah edir ki, çeçen dilində "Mekx-da" çox geniş məna daşıyır və Çeçenistan rəhbərinin vətənin, dinin və xalqın müdafiəçisi rolunu tam təsvir edir.
“Ramzan Kadırov böyük atasının layiqli oğludur... hansı ki, o, çeçen xalqını inamla firavanlığa aparır. Rəhbərimiz əsl müsəlmandır, mərdlik və vətənə sədaqət rəmzidir! Onun müdrik rəhbərliyi ilə rayonumuz ölkənin ən təhlükəsiz və dinamik inkişaf edən subyektlərindən [Rusiya Federasiyasının - red.] birinə çevrilmişdir. Bütün bu illər ərzində liderimiz çeçen xalqının mənafeyini, dini və ənənəvi dəyərlərini fədakarlıqla qoruyur”, - Daudov yazır.
Tədqiqatçılar bildirirlər ki, “Mekx-da” (və ya “Mekxan-da”) əvvəllər vaynaxlar tərəfindən istifadə olunmayıb, bu yaxınlarda ortaya çıxıb, çeçenlər və inquşlar qeyri-rəsmi olaraq bölgə rəhbərini bu cür adlandırırlar.
“Vaynax cəmiyyəti olduqca mürəkkəb idi. Bu cür ada layiq görülmək üçün siyasi dövlət quruculuğu vəzifəsi olmalıdır. Məsələn, Sovet İttifaqının dağılmasından sonra türkmənlər və qazaxlar siyasi millət qururlar və buna görə də “türkmənlərin lideri”, “millətin lideri” terminləri yaranıb. Çeçenistan tarixində ilk dəfə olaraq Çeçenistanda vahid çeçen xalqının qurulması mesajı verilir”, - Qafqazşünas alim Axmet Yarlıkapov “Kavkazski uzel” nəşrinə müsahibəsində belə deyir.
Ramzan Kadırov 2007-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Çeçenistan prezidenti vəzifəsinə təqdim edilib və 16 ildir ki, Çeçenistanın əvəzolunmayan lideri olub. Kadırovun hakimiyyəti dövründə hökuməti və ya şəxsən onu tənqid edənlər həbs, qondarma ittihamlarla mühakimə olunmaq, adam oğurluğu, işgəncə və ölüm təhlükəsi ilə üzləşirlər. 2022-ci ilin yayında çeçen müxalifətinin “Adət” hərəkatının fəalı və Ramzan Kadırovu tənqid edən “Telegram” kanalının moderatoru 19 yaşlı Salman Tefsurkayev 2020-ci ildə qaçırılmışdı, işgəncə və ləyaqəti alçaldan rəftara məruz qaldıqdan sonra vəhşicəsinə öldürüldü. Onun ağzına qumbara qoyub partladılar. Keçən il də narkotik istifadəsi və qrup şəklində cinsi əlaqəni əks etdirən videoda adları hallanan Qroznıdan iki kişi və bir qadının yoxa çıxması xəbəri yayılmışdı, onlar öldürüldülər və gizli şəkildə basdırıldılar. 2022-ci ildə Kadırovun təhdidinə görə illərdir Çeçenistanda insan haqlarının pozulması bardə yazan Rusiyada qadağan olunmuş müstəqil “Novaya qazeta” nəşrinin jurnalisti Yelena Milaşina Rusiyanı tərk etdi.
Çeçenistan hökumətinin əleyhdarları və tənqidçiləri Çeçenistanın hüdüdlarından kənarda, Avropada da hədələnir və öldürülür. 2022-ci ilin sonunda Kadırovu tənqid etməklə bilinən bloqqer Tumso Abduraxmanov İsveçdə yoxa çıxıb. Məlumata yayılmışdı ki, Abdurahmanov öldürülüb. 2020-ci ilin fevralında onu öldürməyə cəhd etdilər. Rusiya vətəndaşı Ruslan Mamaev əlində çəkiclə onun mənzilinə gizlicə girərək ona hücum edib. 2021-ci ilin oktyabrında bloqqer İsveç hakimiyyətindən siyasi qaçqın statusu alıb.
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı 2022-ci ilin hesabatında yazır ki, “Ramzan Kadırovun başçılıq etdiyi Çeçenistan rəhbərliyi istənilən müxalifəti amansızcasına yatırmağa davam edir”.
46 yaşlı Ramzan Kadırov özünü Vladimir Putinin sadiq əsgəri adlandırır və “hər hansı çətinlikdə ali baş komandanın istənilən əmrini” yerinə yetirməyə hazırdır. ABŞ, Aİ, İsveçrə və Kanada Kadırovun Ukraynada davam edən müharibədə iştirakına görə ona qarşı sanksiyalar tətbiq edib. Kadırovun ailə üzvlərinə də sanksiya tətbiq edilib.