Oktyabrın 17-də Gürcüstan parlamenti hakim olmayan üzvlər kimi Levan Nemsadze və Qoqa Kikilaşvilini 90 səslə Ali Ədliyyə Şurasına seçib. Qoqa Kikilaşvili Konstitusiya Məhkəməsinin hakimi Xviça Kikilaşvilinin oğludur. Xviça Kikilaşvili bir gün əvvəl, oktyabrın 16-da Gürcüstan prezidentinin Konstitusiya normalarını pozduğunu müəyyən edən 6 hakimdən biridir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Narahatedicidir fakdır ki, Konstitusiya Məhkəməsi prezidentin işi ilə bağlı qərarı elan etdikdən bir gün sonra Gürcüstan parlamenti hakimin oğlu Qoqa Kikilaşvilini 90 səslə Ali Ədliyyə Şurasının hakim olmayan üzvü vəzifəsinə seçib”, - qeyri-hökümət təşkilatı “Məhkəmə Gözətçisi”nin rəhbəri Nazi Janezaşvili deyir.
“Gürcü Arzusu” partiyasının rəhbərlərindən biri Mamuka Mdinaradze Qoqa Kikilaşvilinin seçilməsi ilə hakim Xviça Kikilaşvilinin çıxardığı qərar arasında əlaqəni təkzib edib.
“Biz aylar əvvəl Salome Zurabişvilinin konstitusiyanı pozacağını bilmirdik. Gələcəyi hesablayıb Kikilaşviliyə, sənədləri gətir, səni seçəcəyik və əvəzində atan həqiqəti dəstəkləsin deyəcəkdik eləmi? Belə cəfəngiyyatlara inanırsınız?”, - deyə Mamuka Mdinaradze bildirib.
Ali Ədliyyə Şurasına hakim olmayan üzvlərin seçilməsi Aİ-yə namizəd statusunun alınması üçün şərtlərdən biridir. Nazi Janezaşvilinin fikrincə, hökumət bu qərarla qeyd olunan şərtin yerinə yetirilməsi imitasiyasını yaradır.
“Baş verənlər məhkəmə sistemində nepotizmin bariz nümunəsidir ki, bu da digər çatışmazlıqlarla yanaşı, Gürcüstanın Avropaya inteqrasiyası prosesinə əhəmiyyətli dərəcədə mane olur.
Bundan əlavə, bu cür kadr qərarları məhkəmə sisteminə inamı əhəmiyyətli dərəcədə zədələyir və klan idarəçiliyini gücləndirir”, - Janezaşvili deyir.
Bu gün parlamentdə impiçment məsələsi müzakirə edilən Gürcüstan prezidenti Salome Zurabişvili qanunverici orqanda çıxışı zamanı Xviça Kikilaşvilini oğlunun uğuru münasibətilə təbrik edib.
“Qərar veriləcək yeganə şey bu səsvermənin nəticəsidir - və bu, sizdən də asılı deyil, bu kimə güzəştə getmək, kimə rüşvət vermək və kimin oğlunu irəli çəkməklə neçə nəfəri özünüzə birləşdirə biləcəyinizdən asılıdır. Fürsətdən istifadə edərək, Konstitusiya Məhkəməsi hakimi Kikilaşvilini də oğlunun uğuru münasibətilə təbrik etmək istəyirəm! Yaxud da başqasının kartından istifadə etməklə siz vetolardan birini aşa bildiniz”, - deyə prezident bildirib.
Qeyri-hökumət təşkilatları hakim Xviça Kikilaşvilini hakim klanının üzvü kimi təqdim edir.
Xviça Kikilaşvili Xelvaçauri məhkəməsinin hakimi vəzifəsində çalışarkən “məhkəmə klanı”nın liderlərindən biri Qiorqi Mikoutadzenin işinin epizodunu müzakirə edib. Azyaşlı uşağın valideynləri iddia ediblər ki, Qiorqi Mikoutadze 2016-cı ildə Tiflis Şəhər Məhkəməsinin sədri olarkən Qonio çimərliyində onların uşağını döyüb. Əvvəlcə uşağın döyülməsi faktı ilə bağlı araşdırmalara başlansa da, tezliklə bu, hakimi öldürməklə hədələmə kimi qiymətləndirilib. Xviça Kikilaşvili uşağın valideynlərini həbs edib. Nəhayət, məhkəmə təqsirləndirilən valideynləri xuliqanlıqda təqsirli bilib və 4 min lari məbləğində cərimə kəsib.